SON DƏQİQƏ
» » Hacı Tofiq: " Körpələrim erməni terrorunun qurbanı oldular"-PAYLAŞIN HAMI BİLSİN

Hacı Tofiq: " Körpələrim erməni terrorunun qurbanı oldular"-PAYLAŞIN HAMI BİLSİN

Tarix:

10-08-2017, 15:05

/ 7 470 dəfə oxundu.
Hacı Tofiq: " Körpələrim erməni terrorunun qurbanı oldular"-PAYLAŞIN HAMI BİLSİN

Professor Əjdər İsmayılovun şəhid olmuş günahsız körpələrə abidə qoyulması müraciətinə münasibət
Bu günlərdə vətənpərvər ziyalımız professor, Əjdər İsmayılov şəhid olmuş günahsız körpələrin xatirəsinə hörmət əlaməti olaraq abidə qoyulması ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət etmişdir. Günahsız körpələrə abidə ucaldmaqla erməni quldurlarının vəhşiliklərini , vandalizmini bir daha dünyaya sübut etmiş olarıq. Professor Əjdər İsmayılovun müraciəti mətbuatda geniş müzakirə olunmuş və bütün vətənpərvər insanlar tərəfindən rəğbətlə qarşılanmışdır
Azərbaycanda ilk şəhid olmuş körpələrin atası, Sədərək rayon sakini Hacı Tofiq Hüseyn oğlu Nəsirzadə ilə telefon əlaqəsi saxladq. Şəhid atası Hacı Tofiq şəhid uşaqları ilə maraqlandığımızı bildikdə çox duyğulandı və bir müddətdən sonra dedi: "Sədərək döyüşlərində iştirak etmişəm. Hacı Tofiq: " Körpələrim erməni terrorunun qurbanı oldular"-PAYLAŞIN HAMI BİLSİNÖzüm döyüşdə ola-ola erməni quldurlarınn atdığı top mərmisi yaşadığım Sədərək kəndindəki mənzilə düşmüş və nəticədə 6 yaşlı oğlum Elvin Nəsirzadə və 4 yaşlı oğlum Malik Nəsirzadə şəhid olmuşlar. Onlar ilk şəhid olmuş məsum körpələrdir. 19 yanvar 1990-cı il Azərbaycan tarixində ilk şəhid olmuş körpələrin şəhidlik zirvəsinə çatan gündür. Erməni quldurları tarixdən simaların itirmiş qeyri-insani məxluqlardır. Körpəyə güllə atmaq ən azı vicdansızlıq və şərəfsizlikdir. Hamilə qadınlara, qocalara əl qaldırmaq erməni terroristlərinin adətidir. " Şəhid atası onu da qeyd etdi ki, dahi şəxsiyyət Heydər Əliyev həmin gün bizim evə gələrək Sədərək camaatına bizim ailəmizə təskinlik vermiş, özü də çox təsirlənmişdir.
Ulu Öndər Heydər Əliyevin köməkliyi sayəsində 1998-ci ildə müqəddəs məkanımz Həcc ziyarətində oldum. Körpə şəhidlərə abidə ucaltmaq təşəbbüsü çox yaxşıdır , ermənilərin faşizmliyini gələcək nəsilə çatdirmaq üçün bu ən yaxşı təklifdir.
Bu təşəbbüsün səbəbkarı hörmətli professor Əjdər İsmayılova dərin təşəkkürümü bildirirəm. Siz də sağ olun ki, bizi unutmursunuz.
Şəhid körpələrə abidə ucaltmaq hər bir vətənpərvər insann arzusudur. Hörmətli professor Əjdər müəllimə deyirik: Arzunuz çin olsun. Qarabağımız tezliklə yağı tapdağından azad olunsun.
Onda şəhidlərimizin ruhunu şad edərik. Yəqin ki gələcəkdə Azərbaycana gələn turistlər bu abidəyə baxarkən ermənilərin törətdikləri vəhşiliklərin şahidi olacaqlar.
Bilman
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ