Atalardan
gözəl məsəl var: "Yaxın qonşu uzaq qohumdan irəlidir”. Digər bir məsəldə isə
deyilir: "Uman yerdən küsərlər”. Tanınmış
xanəndə Zakir Əliyevi yaxşı oxusada yaşadığı (bağ evi) Qubanın Alpan kəndində ona inam çox azalıb , buna səbəb həmin kənddə onun xeyir-şərdə iştirak etməməsidir. Bu günlərdə jurnalist dostum Bilman
Allahverdiyev müğənni Zakir Əliyev haqda mənə haqlı giley-güzarını danışmışdı, məndə buna biganə qalmaya bilməzdim. Jurnalist dostumun dediklərindən: "zəng edərək onu Qubanın Alpan
kəndində yaşayan mənim cəbhədaşım, dostum və Zakir Əliyevin yaxın qonşusu olan, birinci qrup Qarabağ müharibəsi əlili Sahib
İsgəndərovun toy məclisində xanəndə kimi iştirak etməyə dəvət etdim. Lakin Zakir
Əliyev söz versə də, nədənsə bu toyda iştirak etmədi. Məclis əhli səbirsizliklə
Zakir Əliyevin gəlişini çox gözlədilər, müğənnidən bir xəbər çıxmadı. Kənd əhli
fikirləşdi ki, yəqin müğənni ya pula görə gəlməyib, ya da gecə ilə gündüzü
dəyişik salıb." Özgənin babalın yumaq istəmirik. Bizə də çox qəribə gəldi ki,
vətənin azadlığı uğurunda erməni quldurlarına qarşı döyüşərək iki ayağını itirən , yarımcan olmuş Qarabağ müharibəsi əlilinin toyuna çağırılmış müğənni nə səbəbə gəlməyib?
Zakir Əliyev
gərək söz verməyəydi. Ya da deyəydi ki, ayrı yerdə toyum var. Onda heç kəs də
intizarla gözləməzdi, nə də inciməzdi. Onu da qeyd edək ki, Qarabağda döyüşərək istər
şəhid olanlar, istərsə də yaralanaraq çətin durumda yaşayan soydaşlarımız Vətənimizin
ən qeyrətli, şərəfli oğullarıdır. Onların toyunda hər bir müğənni təmənnasz
iştirak etməlidir. İndiki dövrdə
pula daha çox dəyər verilir. Bəs mərdlik harda qaldı? Əlillərə belə hörmət
edilirmi? Gələcəkdə heç bir müğənni belə məsuliyyətsizliyə yol verməməlidir.
Çalışaq Qarabağ müharibəsi əlillərini sevindirək. Çünki Rəbbimizin xoşuna gələn
işlərdən biri də insanları sevindirməkdir.
Rauf
İLYASOĞLU