SON DƏQİQƏ

Bu yol 3 gün bağlı olacaq

Tarix:

8-08-2017, 17:35

/ 3 672 dəfə oxundu.
Bu yol 3 gün bağlı olacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən - 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol" ASC-dən GUNAZ.az-a verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək - yəni 3 gün avqust ayının 11- nə kimi qüvvədə olacaq.
"Azəravtoyol" ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.
скачать dle 12.1

Şərhlər