SON DƏQİQƏ

Neft Fondunun rəhbərliyində dəyişilik edildi

Tarix:

5-08-2017, 21:42

/ 3 448 dəfə oxundu.
Neft Fondunun rəhbərliyində dəyişilik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyində dəyişikliklə bağlı sərəncam imzalayıb.
GUNAZ.az xəbər verir ki, prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov ARDNF-nin Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.
N. Əmirov Vahid Axundovu əvəzləyib.
Qeyd edək ki, Fondun Müşahidə Şurasının sədri baş nazir Artur Rasi-zadədir. Şuranın digər üzvləri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankının sədri Elman Rüstəmovdur.
ARDNF-nin icraçı direktoru isə Şahmar Mövsümovdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ