SON DƏQİQƏ

Bakıda velosiped yolları çəkiləcək

Tarix:

25-07-2017, 13:53

/ 4 941 dəfə oxundu.
Bakıda velosiped yolları çəkiləcək

Bakı küçələrinin darlığı velosiped yolarının çəkilməsinə imkan vermir. Ancaq şəhərətrafı, geniş yollarda velosiped zolaqlarının çəkilməsini gələcək layihələrimizdə nəzərdə tutmuşuq.
GUNAZ.az xəbər verir ki, bu sözləri Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli modern.az-a velosiped yoolarının salınması ilə bağlı danışarkən deyib.
Onun sözlrinə görə, hələlik respublika ərazisində velosiped zolaqlarının çəkilməsi praktikası yoxdur:
"Şəhər mərkəzində bu praktikanın tətbiqi çətindir. Beynəlxalq praktikaya əsasən velosiped zolaqları çəkilərkən zərurətin olması, hərkətin intensivliyi, yolun genişliyi kimi məsələlər araşdırılmalıdır. Heydər Əliyev prospektində velosiped sürmək mümkündür və bu, nəqliyyat iştirakçılarının həyatı üçün təhlükə yaratmır. Həmin yolda ayrıca velosiped zolağı ola da bilər, olmaya da bilər”.
A.Nəcəflisinin sözlərinə görə, bəzi yollarda velosiped zolaqlarının salınması üçün şərait yoxdur:
"Mərkəzi yollarda velosipedin gedib-qayıtması üçün zolağın salınmasına şərait yoxdur. Sovet dövründə şəhərsalma zamanı bunlar nəzərə alınmayıb. Amma velosiped zolaqlarının salınması yeni yollarda nəzərdə tutulub. Bu yaxınlarda reallaşacaq layihədə ilk dəfə həyata keçiriləcək”.
Qeyd edək ki, İsmayıllıda açılan "İSMA BİKES” velosiped istehsalı zavodu 2017-ci ilin iyulundan tam olaraq fəaliyyətə başlayıb. Zavodda 38 modeldə 49 velosiped təqdim olunub. Ölkədə velosiped istehsal edən zavod fəaliyyət göstərsə də, hələlik respublika ərazisində bir dənə də velosiped zolağı yoxdur.

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər