SON DƏQİQƏ

Sulutəpə sakinlərinə MÜJDƏ - FOTO

Tarix:

11-07-2017, 18:55

/ 2 974 dəfə oxundu.
Sulutəpə sakinlərinə MÜJDƏ - FOTO

Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb.
"Azəravtoyol” ASC-dən  verilən məlumata görə, dəmir-beton özül dayaqları üzərində qurulan metalkonstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkan hissələri də daxil qalereyasının ümumi uzunluğu 64.75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5.5 metr-dir.
Keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi "cib”li hissələr yaradılıb,lazımi yol nişanları quraşdırılıb.
Metal konstruksiyalı piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunub.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ