SON DƏQİQƏ

Sabah Bakının bu hissəsində qaz olmayacaq

Tarix:

6-07-2017, 21:00

/ 5 599 dəfə oxundu.
Sabah Bakının bu hissəsində qaz olmayacaq

"Qaz İxrac" İdarəsinin Magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.   
İyulun 7-də saat 10:00-dan  işlər başa çatanadək "Qaz İxrac" İdarəsinin balansında olan "Qum-adası-Qazanlar QPS" magistral qaz kəmərlərinin 11-ci kilometrində yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar "Əhmədli" Qazpaylayıcı stansiyasından qaz təchizatı dayandırılacaq.
Təmir müddətində Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.
"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir", - deyə məlumatda vurğulanıb.(apa)
 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər