SON DƏQİQƏ

Bakının bəzi rayonlarında qaz olmayacaq

Tarix:

20-02-2017, 14:05

/ 1 746 dəfə oxundu.
Bakının bəzi rayonlarında qaz olmayacaq

Bu gün saat 17:00-a qədər Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, fasilə daxili qaz şəbəkəsində aparılacaq təmir işləri, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri ilə əlaqədardır.
Aparılan işlərin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunun Sarayeva, Q.Nəbi, Cavanşir, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. 
"Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ