SON DƏQİQƏ

Zəhra ilə bağlı yürüş təxirə salındı

Tarix:

5-07-2017, 22:58

/ 6 053 dəfə oxundu.
Zəhra ilə bağlı yürüş təxirə salındı

Xəbər verdiyimiz kimi, 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar sabah – iyulun 6-da çoxsaylı gənclər təşkilatları tərəfində yürüş keçirilməli idi.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova yürüşün təxirə salınması ilə bağlı mlumat yayıb. O, qərarı belə şərh edib:
"Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslarsan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terror aktlarını, azərbaycnalılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir". 
Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ