SON DƏQİQƏ

Bakıda Zəhraya görə yürüş olacaq

Tarix:

5-07-2017, 15:59

/ 5 604 dəfə oxundu.
Bakıda Zəhraya görə yürüş olacaq

2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar sabah, 6 iyul çoxsaylı gənclər təşkilatları tərəfində yürüş keçiriləcək.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. Onun sözlərinə görə, yürüş "Bridge Plaza"dan başlayacaq. 
"Gənclər saat 11.00-da Rusiya səfirliyinin, 11.20 Amerika səfirliyinin, 12.00-da Fransa səfirliyinin qarşısından keçəcəklər. Hamınızı aktiv olmağa çağırırıq”. 
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ