SON DƏQİQƏ
» » Dəmir Yolları gücləndirilmiş iş rejminə keçir

Dəmir Yolları gücləndirilmiş iş rejminə keçir

Tarix:

22-06-2017, 17:45

/ 5 629 dəfə oxundu.
Dəmir Yolları gücləndirilmiş iş rejminə keçir

Azərbaycanda bayram günlərində sərnişin axınının artması ilə əlaqədar olaraq "Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək.
Şirkətdən verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub: "Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək".
Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər