SON DƏQİQƏ
» » "Hər an övladımı itirmək qorxusu ilə yaşadım" - Könül Xasıyeva

"Hər an övladımı itirmək qorxusu ilə yaşadım" - Könül Xasıyeva

Tarix:

14-06-2017, 22:40

/ 3 675 dəfə oxundu.
"Hər an övladımı itirmək qorxusu ilə yaşadım" - Könül Xasıyeva

Xalq artisti Könül Xasıyeva "5/5” verilişinə açıqlama verib.
Uzun müddətdir səhhətində problem olan muğam ifaçısı həkim müyinəsindən keçdiyini deyib.
O bildirib ki, həkimlər müayinə nəticəsini ona demirlər:
"Yəqin narahatdılar ki, stres keçirib həyəcanalanacam. Oğlum Kazımın 3 yaşından sonra problemləri oldu. 6 il çox həkimlərə apardım. Son iki ildir hər an övladımı itirmək qorxusu ilə yaşadım. Uşağın 9 yaşı var, 37 kiloqram olmalıdır, amma 56 kiloqramdır. Bu illər ərzində saçım ağardı, töküldü, dişlərim töküldü. Çox çarəsiz idim, başımı divarlara vururdum. Uşaq günü-gündən geri gedirdi. Çox pessimist hislərə qapılmışdım. Ölümü belə gözə almışdım. Bundan sonra yaşasam da, yaşamasam da Allahın işidir. Kazıma görə yaşamaq istəyirəm. Daha sonra həyatımda məni, ətrafımı çökdürən önəmli bir hadisə oldu. 
Həkimlərim deyir ki, Könül xanım, səni payıza qədər ayağa qaldıracağıq, səhnəyə təhvil verəcəyik".

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ