İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi
Xaçmazda ictimai müzakirə keçirib
Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin "Sosial mediada mənəvi-əxlaqi
dəyərlərin qorunması və davranış qaydalarına riayət olunması üçün ictimai
səfərbərlik yolları” layihəsi çərçivəsində növbəti ictimai müzakirə Xaçmaz
şəhərində keçirib.
Ictimai
müzakirədə sosial mediada əxlaq və mənəvi dəyərlərin qorunması, istifadəçilərin
müqavilə öhdəliklərinə əməl etməsi və müqavilə şərtlərinin pozulmasına görə
məsuliyyət, sosial mediada "terror”, bunun insanların həyatına və ictimai
təhlükəsizliyə təsiri, onunla mübarizədə ictimai səfərbərlik və digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Xaçmaz şəhər
Turizm və İnformasiya Resurs Mərkəzində keçirilən təbdirdə rayon
ictimaiyyətinin və QHT-lərin
nümayəndələri, fəal gənclər, KİV təmsilçiləri, bloggerlər iştirak edib.
Təşkilatın sədri və layihənin rəhbəri Rəfail
Becanov tədbiri açaraq, layihə və layihədən gözlənilənlər haqqında geniş
çıxış edib. O bildirib ki, sosial mediada və şəbəkələrdə, xüsusən də ölkə
əhalisinin ən çox istəfadə etdiyi "Facebook”da əxlaq və mənəvi dəyərlərin
aşınmasına qarşı ictimai müqavimətin təşkili çox önəmlidir. Bunun üçün
bloqgerlərin, sosial şəbəkələrdə olan müxtəlif səhiflələrin və ya qrupların
adminlərinin prosesə nəzarəti gücləndirilməsi və gənclərin bu istiqamətdə aparılan
maarifləndirmə işlərinə cəlb edilməsi vacibdir: "Hazırda saxta profillərlərin
ictimai-siyasi, tanınmış adamları, öz fikrini açıq ifadə edənləri hədəfə alması
ciddi problemə çevrilib. Layihə bunun aradan qaldırılması üçün mümkün yolların
təbliğində mühim rol oynayacaq. Bu gün ən böyük və ciddi təsir vasitələrindən
biri sosial mediadır. Sosial media həyatımıza elə daxil olub ki, artıq çap
mediasını, o cümlədən elektron KİV və onlayn medianı belə qabaqlayır.
İstər-istəməz cəmiyyət onun təsirinə düşür”.
Layihənin eksperti, hüquqşunas Mehman Muradlı çıxış edərək
social şəbəkə istifadəçilərinin bir çox hallarda qanunvericilə əməl
etmədiklərini qeyd etdi. M.Muradlı sosial şəbəkələrdə yazılan hər-hansı bir
yanlış məlumatın, şəxsiyyəti alçaldan ifadələrin işlədilməsinə görə
qanunvericilikdə müxtəlif cəzaların nəzərdə tutulduğunu dedi: "Hər kəs
fikirlərşir ki, "facebook”da nə istəsə yaza bilər. Amma belə deyil. Hər bir
şəxs yazdıqlarının məsuliyyətini daşımalıdır və daşıyır. Hüquq-mühafizə
orqanları istənilən saxta hesabı maksimum 3-4 dəqiqə ərzində aşkar edə
bilirlər. İP (İnternet Protokol) adresləri ilə mesajların hansı ünvandan
yazılıdığını belə təyin etmək çox asandır. Bu baxımdan hər kəs yazdığı, yaydığı
məlumatlara məsuliyyətlə yanaşmalıdır”.
Tədbirdə çıxış edən layihənin eksperti Vilayət
Muxtar ilk olaraq sosial şəbəkələrin müsbət tərəfinə toxunub: "Sosial
şəbəkələr bu gün böyük dünyanı kiçik bir mərkəzdə birləşdirir. Bir çox şəxslər
sosial şəbəkələr vasitəsilə doğru informasiyalar alır, yayır. Şəxsi əlaqələrin
qurulmasında, insanlar arasında daha asan rabitə kimi sosial mediya kifayət
qədər effektli bir vasitədir. Ancaq sosial medianın bu müsbət cəhətlərindən bir
çox hallarda mənfi mənada istifadə edilir. İctimai nüfuzlu, tanınmış şəxslərin,
dövlət xadimləri, ölkənin ədəbiyyat, mədəniyyət kimi mühüm sahələrində xüsusi
xidməti olan şəxsiyyətlər sosial şəbəkələrdə təhqir olunur. Bunun başlıca
səbəbi isə sosial şəbəkədə saxta hesabların geniş yayılması və şər, böhtan
xarakterli məlumatların rahat şəkildə paylaşılmasıdır. Cəza tədbirlərinin
görülməməsi də problemin dərinləşməsinə səbəb olan amillərdəndir”.
Daha sonra
müzakirə iştirakçıları çıxış edərək problemin səbəbləri və bunun aradan
qaldırılması yolları haqqında öz fikirlərini bölüşüblər.
İctimai müzakirədə Xaçmaz İcra Hakimiyətinin
humanitar və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Pərviz
Əmircanov iştirak edib.
GUNAZ.az