SON DƏQİQƏ

Sabaha olan hava proqnozu açıqlanıb

Tarix:

12-05-2017, 12:47

/ 2 987 dəfə oxundu.
Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, mayın 13-14-də Abşeron yarımadasında kompfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.  

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər