SON DƏQİQƏ

Azərbaycanda qəlyan qadağan olunur

Tarix:

27-04-2017, 20:09

/ 4 090 dəfə oxundu.
Azərbaycanda qəlyan qadağan olunur

Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadə də qadağan olunur.
Bu, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.
Bu gün MM-də "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirilib ki, layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ