SON DƏQİQƏ
» » Dərmanlar elektron resept əsasında veriləcək - Deputat AÇIQLADI

Dərmanlar elektron resept əsasında veriləcək - Deputat AÇIQLADI

Tarix:

Dünən, 13:23

/ 2 668 dəfə oxundu.
Dərmanlar elektron resept əsasında veriləcək - Deputat AÇIQLADI

"Qanunun 20-ci maddəsində elektron reseptin tətbiqi ilə bağlı müddəalar qeyd edilir. Sığortaolunanlara dərman vasitələrinin elektron resept əsasında verilməsi nəzərdə tutulur".
GunAz.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
Onun sözlərinə görə, "Yod çatışmazlığının profilaktikası haqqında" Qanunun 15.27-ci maddəsində dərman vasitələrinin informasiya sistemindən götürülmüş elektron resept əsasında verilməsi nəzərdə tutulur.
"Həmçinin, "Tibbi sığorta haqqında" Qanunun 15.27-ci maddəsində icbari tibbi sığorta təminatı çərçivəsində elektron reseptin tətbiqi nəzərdə tutulub. Bu yanaşma Azərbaycan Respublikasında həyata keçirilən elektronlaşma siyasətinə tam uyğundur. O baxımdan, qanun layihəsinin 15-ci maddəsinə elektron resept anlayışının daxil edilməsi və bunun nəzərə alınması məqsədəuyğun olardı".
скачать dle 12.1

Şərhlər