Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı, bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin gündüz bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.