SON DƏQİQƏ
» » Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?

Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?

Tarix:

14-04-2017, 22:58

/ 4 744 dəfə oxundu.
Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?

Bakı-Naxçıvan dəmir yolu Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisi barədə kredit sazişinin imzalanmasından 3 il sonra işə düşəcək.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda həmin kredit sazişinin imzalanması üçün hazırlıq işləri aparılır: "Bu marşrut üzrə qatarlar hərəkətə başlayandan sonra demək olar ki, Naxçıvanın dəmir yolu blokadası aradan qalxacaq. Saatda 60 kilometr orta sürəti nəzərə alaraq Bakıdan Naxçıvana 28-30 saata çatmaq olar".
C.Qurbanov qeyd edib ki, bu, həm Naxçıvana turist axınını artıracaq, həm də yükdaşımalarını asanlaşdıracaq.

 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər