Sürücülərin nəzərinə: Bakının mərkəzi yolu 8 günlük bağlanır
Tarix:
14-04-2017, 22:39
/ 4 668 dəfə oxundu.
Aprelin 15-dən 23-nə qədər Bakının Niyazi küçəsinin bir hissəsi asfalt örtüyünün çəkilməsi məqsədilə bağlı olacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət yol Polisi İdarəsindən verilən məlumata görə, Niyazi küçənin Azneft dairəsindən İstiqlaliyyət küçəsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.