SON DƏQİQƏ
» » Ölüm xəbəri yayılan əməkdar artist danışdı

Ölüm xəbəri yayılan əməkdar artist danışdı

Tarix:

10-04-2017, 23:59

/ 4 078 dəfə oxundu.
Ölüm xəbəri yayılan əməkdar artist danışdı

Bu günlərdə ölüm xəbəri yayılan əməkdar artist Naibə Allahverdiyeva sosial şəbəkə vasitəsi ilə məsələyə münasibət bildirib.
Musavat.com xəbər verir ki, aktrisa yalan xəbəri yayanları qınayıb:
"Bəzi saytlar mənim ölüm xəbərimi yaydı. Nə məqsədlə, kimin sifarişi ilə bilmirəm. Buna sevinənlər də oldu, kədərlənənlər də. Amma hər kəs bilir ki, ömrü verən də, alan da Allahdır. Əsas odur ki, bu ömrü dəyanətlə yaşayasan. Özündən sonra azacıq da olsa bir iz qoyub gedəsən.
Mən əgər bu gün sənətimlə bir çox insanların qəlbinə yol tapıb, sevgi qazanmışamsa, deməli bu həyatı boş yaşamamışam.
Dünyaya gəldiyim gündən həyat məni çox sınağa çəkdi, vurdu, sürüdü, yıxdı, yaraladı, amma qəlbimdən insanlara qarşı sevgini, mərhəməti ala bilmədi. Qəlbimi kin-küdurətlə doldura bilmədi. Buna görə xoşbəxtəm. Mənim ölüm xəbərimi eşidib sevinənlərə demək istəyirəm ki, heç kim xəstəlikdən, ölümdən sığortalanmayıb. Bir gün sizin də qapınızı döyə bilər. Amma sizə onu arzu etmirəm. Allah sizi hidayət etsin, qəlblərinizə mərhəmət hissi bəxş etsin!"
Xatırladaq ki, ikinci dəfə ailə həyatı quran əməkdar artist Naibə Allahverdiyeva iki ay öncə səhhətində yaranmış ciddi problemlərə görə xəstəxanaya yerləşdirilmişdi. Aktrisa sağlamlığını, psixoloji drumunu qaydasına salmağa çalışdığı bir zamanda anası dünyasını dəyişmişdi və bu aktrisa üçün daha bir ağır zərbə olmuşdu.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ