SON DƏQİQƏ

Bakıda daha 3 yol bu gecə bağlanacaq - Diqqət

Tarix:

5-04-2017, 22:05

/ 1 719 dəfə oxundu.
Bakıda daha 3 yol bu gecə bağlanacaq - Diqqət

Bu gecə Bakının Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 
"Azəravtoyol” ASC-dən Gunaz.az-a verilən məlumata görə, qeyd edilən küçələrdə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək.
"Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ