SON DƏQİQƏ
» » Milli Qəhrəmanın ad günüdür - Yaşasaydı 41 yaşı olacaqdı

Milli Qəhrəmanın ad günüdür - Yaşasaydı 41 yaşı olacaqdı

Tarix:

31-03-2017, 12:05

/ 6 471 dəfə oxundu.
Milli Qəhrəmanın ad günüdür - Yaşasaydı 41 yaşı olacaqdı

Bu gün apreldə şəhid olan Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevin ad günüdür.
 Murad Mirzəyev 1976-cı ilin 31 mart tarixində Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. 
ABŞ, Rumıniya və İordaniyada hərbi təlimlər keçən Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyev keçən il aprelin 2-də, 40 yaşında şəhid olub. Milli Qəhrəmanın özündən sonra 2009 və 2011-ci il təvəllüdlü iki övladı yadigar qalıb.(
Miri Məcidli Femida.az)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ