SON DƏQİQƏ

Prezident 3 sərəncam imzaladı

Tarix:

10-03-2017, 16:49

/ 3 754 dəfə oxundu.
Prezident 3 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ədalət Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gunaz.az
xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər:
"Vətən uğrunda" medalı ilə
İlyasov Etibar Süleyman oğlu – polkovnik
Həsənov Çərkəz Muxtar oğlu – gizir (ölümündən sonra).
"İgidliyə görə” medalı ilə
Ağasiyev Vüqar Vaqif oğlu – əsgər (ölümündən sonra)
İlyasov Şamil Kamil oğlu – əsgər (ölümündən sonra).
"Hərbi xidmətlərə görə” medalı ilə
Abbasov Məhəmməd Əhməd oğlu – polkovnik-leytenant
Ağayev İlham Miri oğlu – polkovnik-leytenant
Əliyev Rauf Fazil oğlu – polkovnik-leytenant
Əliyev Sahil Asəf oğlu – polkovnik-leytenant
Məhərrəmov Elşən İnqilab oğlu – polkovnik-leytenantı
Məmmədov Amid Qağa oğlu – polkovnik-leytenant
Məmmədov Ramin İsrafil oğlu – polkovnik-leytenant
Piriyev Maqsud Mehman oğlu – polkovnik-leytenant
Rüstəmov Ələddin Şəmi oğlu – polkovnik-leytenant
Rzayev Cavad Xanəhməd oğlu – polkovnik-leytenant
Şahmarov Şahin Əliqulu oğlu – tibb xidməti polkovnik-leytenantı
Yüzbaşıyev Kənan Məhəmməd oğlu – polkovnik-leytenant
Əsədov Əlinamə Şakir oğlu – mayor
Qarayev Hüseyn Ərrəhman oğlu – mayor
Nurəliyev Asif Tofiq oğlu – mayor
Quliyev Samir Calal oğlu – kapitan
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.
Sərəncamda qeyd olunub ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ