Dünyada hər kəs öz seçdiyi yolu qət edir. Və bu yolun sonunda öz izini qoyur. İzə nəzər saldıqda anlamaq olar ki, o hansı yolu qət edib və özündən sonra hansı iz qoyub. Bu məqalədə Gürcüstanın dövlət və ictimai xadimi, 1966-ci il Sovet İttifaqı Kommunist Partiyasının XXIII Ümumittifaq Qurultayının deputatı və Zaqafqaziya nümayəndəsi, Gürcüstanın "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı", "Xalqlar Dostluğu", "Şərəf Nişanı" ordenləri və "Əmək İgidliyinə görə" medalı ilə təltif edilən qabaqcıl təsərrüfat qurucusu Bədirxan İsmayılovun dünyada qoyub getdiyi izə nəzər salmışıq...
Bədirxan Mahmud oğlu İsmayılov 1934-cü ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olub. Onun bütün həyatı bu kəndlə və ya kiçik Vətəni ilə bağlı idi. Buraya olan sevgisinə o, doğma ölkəsinə olan sevgisi kimi bütün həyatı boyu sadiq qalıb. Orta təhsilini Bədrixan elə doğma kəndində alıb. Gələcək həyat yolunu seçmək zamanı çatdıqda isə Azərbaycanın Gəncə şəhərinə uz tutub. Sirr deyil ki, Gəncə Qafqazın ən qədim mədəni və təhsil mərkəzlərindən biridir. Bu şəhərin şöhrəti bütün Yaxın və Orta Şərq ölkələrinə yayılıb. Məhz Gəncədə Bədirxan İsmayılov təhsilini davam etdirmək qərarına gəlib. Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul oldunub. Universiteti bitirdikdən sonra gənc və olduqca istedadlı yetirmənin qarşısında yüksək zirvələrə aparan geniş yollar açılmışdı. Lakin Bədirxan çox tərəddüd etmədən onu öz evinə, doğma Kosalı kəndinə aparan yolu seçdi. Hərçənd ki, ona Azərbaycanda da yüksək vəzifələr təklif edilirdi, amma Bədirxan Gürcüstanda qaldı. Qalan bütün həyatını da doğma torpağında yaşadı.
(Foto: Bədirxan İsmayılov gənclik illərində sovxoz sahələrində. Sağdan birinci).
Yurdda Bədirxan İsmayılov istər partiya, istərsə də dövlət xətti ilə bir neçə yerdə işlədi. 1964-cü ildə onu gələcək həyatının əsas işi olacaq bir vəzifəyə, doğma kəndində yerləşən Ruisbolo sovxovuna direktor təyin etdilər. Sovxozun girişində əvvəllər onun ərazisinin başladığını bildirən şlaqbaum var idi. Bu şlaqbaumdan sonra başlayan torpaqlar ona məxsus idi. Sovxozdan ona bitişik meşəyədək uzanan yol boyu ucalan ağacları Bədirxan əkmişdi. Ağaclar bu gün də onu xatırlayır. Xiyabanın hər iki istiqamətindəki torpaqlar onun rəhbərliyi altında suvarılırdı. Lakin vaxt tez keçir. Artıq Rusibolo sovxozu mövcud deyil. SSRİ dağıldıqdan sonra torpaqları Bədirxan İsmayılovun rəhbərliyi altında sahələrə böldülər. İndi hər bir sahə özəl mülkiyyətdir. Buna baxmayaraq insanlar hələ də Bədirxan İsmayılovun rəhbərlik etdiyi sovxozun uğurlu fəaliyyətini unutmayıblar. Bu sovxozda yetişdirilən meyvə və tərəvəz tək Gürcüstan ərazisinə daşınmırdı, sovxozun nemətləri nəhəng Sovet İttifaqının bir çox şəhərlərində yaşayan sakinlərin evlərinin süfrələrini bəzəyirdi. Təəccüblü deyil ki, bu cür uğurlu sovxoz direktoru Respublika rəhbərliyinin də diqqətini cəlb etmişdi. Ozamankı rəhbər, Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vasiliy Mjavanadze Bədirxan İsmayılovu şəxsən tanıyırdı. Sırf xidməti əlaqələrdən savayı Respublika rəhbəri ilə qabaqcıl sovxoz rəhbəri arasında həm də şəxsi, isti münasibətlər formalaşmışdı. Vasiliy Mjavanadze tez-tez Rusibolo sovxozunun yaxınlığında yerləşən Qardabani Ovçu təsərrüfatına gələrdi. Buradakı Ovçu evində onlar mütəmadi görüşlər təşkil edərdilər. Mjavanadze Bədirxanın Kosalıdakı evində də qonaq olurdu. 1985-1989-cu Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Cumber Patiaşvili isə Gürcüstanda yaşayan soydaşlarımız arasında ən çox yaxınlıq və əməkdaşlıq etdiyi şəxslərdən tanınmış ictimai-siyasi xadimlər olan Ayvaz Həsənov, Məhərrəm Həsənov, Hacımurad Xəlilov, Allahverdi Hümbətovla yanaşı Bədirxan İsmayılovun adını xüsusi qeyd edir. Sonralar Respublika rəhbərliyinə gələn Eduard Şevarnadze də kifayət qədər qısa müddətdə Bədirxanla tanış oldu və onun fəaliyyətini yüksək qiymətləndirdi. Qeyd edək ki, məqalədə yer alan müsahibələr Bədirxanın vəfatından sonra, yəni 2011-ci ildə işıq üzü görən sənədli film üçün alınıb.
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze: “Bu insana böyük hörmətim var. Onu yaxından tanıyırdım, ünsiyyət edirdik. Çox təəssüf edirəm ki, o bizim aramızda deyil. Hesab edirəm ki, biz bu nəcib insanı əbədi olaraq xatırlamağa borcluyuq”.

(Foto: Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vasiliy Mjavanadze Bədirxan İsmayılovla görüşür, 1966-cı il).

(Foto: Bədirxan İsmayılov Sovet İttifaqı Kommunist Partiyasının XXIII Ümumittifaq Qurultayında Respublika rəhbərlərinin qarşısında çıxış edir).

(Foto: Bədirxan İsmayılov və Gürcüstanın Acarıstan vilayətinin hərbi komissarı Ripat Menludoviç Artmeladze).
Zamanla Respublika rəhbərləri bir birilərini əvəzləyirdi. Lakin onların Bədirxan İsmayılova olan münasibətləri dəyişməz olaraq qalırdı. Onu hər zamankı kimi dəyərləndirir, hörmət edir, fikirləri ilə hesablaşırdılar. Bəzən də yerli rəhbərlər Bədirxana qarşı qərəzli mövqe sərgiləyirdilər. Lakin məkirli niyyətlərinə çata bilmirdilər. Çünki Bədirxanın rəhbərlik etdiyi sovxoz hər zaman qarşıya qoyulan planı artıqlaması ilə yerinə yetirirdi. Respublika rəhbərliyi isə hər zaman məhz onu dəstəkləyir hətta bəzi hallarda Bədirxandan üzr istəmələrini tələb edirdi. Buna baxmayaraq Bədirxan ona məxsus səmimiyyəti və nəcibliyi ilə keçmiş rəqiblərini pərt olmaqdan xilas edirdi. Bu dönəm, Kommunist Partiyasının Sovet İttifaqı adlı nəhəng dövlətin ərazisində mütləq hakimiyyətə sahib olduğu bir dönəm idi. O zaman dövlət və cəmiyyət qarşısındakı xidmətlər, bəzən indiki nəsilin anlaya bilmədiyi formalarda qiymətləndirilirdi. Məsələn, Sovet İtifaqı Komunist Partiyasının Ümumittifaq Qurultayının deputatı olmaq, müxtəlif konfrans və plenumlarda iştirak üçün dəvət almaq o zaman şərəf sayılırdı. Bədirxan İsmayılov dəfələrlə bu şərəfə nail olmuşdu. Demək ki, onu layiqincə qiymətləndirir, nailiyyətlərinə görə fərqləndirirdilər. Bu, tamam-kamal, maraqlı bir təsərrüfat başçısının həyatı idi. Amma Bədirxanı təkcə təsərrüfat məsələləri maraqlandırmırdı. Yaxşı rəhbər hər zaman onunla çalışan insanlar, onların ailələri haqqında düşünməlidir. Bədirxan İsmayılovu zaman-zaman gənc nəslin qayğıları da məşğul edirdi. Bu barədə isə onun yaxınları və dostları böyük fərəh hissi ilə danışır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun direktoru Rza Mahmudov: “Bədirxan İsmayılov atamla dostu olub. Bizim evə tez-tez gələrdi, ona görə də onu hələ uşaqlıq illərimdən tanıyıram. O hər zaman yaxşı təhsilə yiyələnməyin önəmini vurğulayırdı. Uşaqlıq illərimdə, yadımdadı, o tez-tez bizim məktəbə gələrdi, müəllimlərlə söhbət edərdi, kimin yaxşı oxuduğu ilə maraqlanardı. Seçilən şagirdlərə hər zaman hədiyyələr gətirərdi. Tez-tez deyərdi ki, bizim regionda çox istedadlı gənclər yaşayır. Və buradan ali təhsil müəssisələrinə başqa regionlardan daha çox tələbə qəbul olunur. Xatırlayıram biz üç qardaş ali məktəbə qəbul olunanda çox sevinmişdi. O zaman ailəmizin çətin dövrü idi. Tətildə Kosalıya gələndə Bədirxan İsmayılov mənə hər zaman pul bəxşişi verərdi ki, Bakıda lazım olar. Həmdə o bunu elə təqdim edərdi ki, mənim gənclik qüruruma toxunmadan. Mənim bu günHidrometeorologiya Elmi Tədqiqat İnstitutuna rəhbərlik etməyimdə də Bədirxan İsmayılovun böyük rolu olub. Mən və bütün ailə üzvlərim sozsuz dərəcədə ona minnətdarıq. Biz bu gün də onu ailəmizin bir üzvü kimi qəbul edirik və hər zaman belə qəbul edəcəyik”.
Borçalı İctimai Cəmiyyətinin sabiq sədri Zəlimxan Məmmədli: “Mən Bədirxan Mahmud oğlu İsmayılovu çox yaxşı tanıyırdım. Çünki özüm də Kosalı kəndindənəm. Onun bir neçə onilliklər ərzində əvəzsiz rəhbəri olduğu Rusibolo sovxozunda çalışması yaxşı yadımdadır. Bədirxan İsmayılovun rəhbərliyi altında bu sovxoz hər zaman Gürcüstanda ən aparıcı sovxozlardan biri olub. Buna görə onu çox yüksək qiymətləndirirdilər. Bu sovxozun məhsulları hər zaman yüksək keyfiyyəti və dadı ilə seçilib. Buradan toplanan nemətlər nəinki bütün Gürcüstan ərazisinə, həmçinin SSRİ-nin bir çox şəhərlərinə daşınıb. Yadımdadı ki, Moskva, Leninqrad yəni indiki Sankt-Peterburq və digər böyük şəhərlərdən tez-tez məhz Ruisbolo sovxozunun məhsullarının göndərilməsi xahiş edilirdi. Təbii ki bu, Bədirxan İsmayılovun uğuru idi. O torpağın dilini yaxşı bilən və hiss edən olduqca həssas, təcrübəli təsərrüfatçı idi. Harada hansı məhsulu əkmək, harada hansı məhsulu yığmağın incəliklərini dəqiq bilirdi. Bədirxan İsmayılov qüdrətli insan idi. Onu fərqləndirən cəhətlərdən biri insanların qayğıları ilə yaşamaq idi. Kəndlilər onun rəhbərliyi altında məhsuldar çalışırdılar. Və onların əməyi hər zaman layiqincə qarşılanırdı. Onun dövründə insanların sosial rifahı güclənirdi. Bir çoxları hətta yeni evlərə sahib oldular. Bədirxan hamının xatirəsində yaxşı iz buraxdı”.
Çox çətin, mürəkkəb bir zaman yaxınlaşırdı. Sovet İttifaqı kimi özbaşına buraxılmış nəhəng dövlət əvvəlcə silkələndi daha sonra isə dağılaraq mövcudluğunu itirdi. Bir çox keçmiş sovet respublikalarında, o cümlədən Gürcüstanda xaos başladı. Hər zaman olduğu kimi, anarxiyanın hökm sürdüyü vaxtda, soydaşlarımızın kompakt yaşadığı Kvemo-Kartlidə yadların təhriki ilə münaqişə yaratmağa cəhd göstərən təxribatçı və məsuliyyətsiz insanlar ortaya çıxdı. Bu hər iki xalqın, həm gürcü həm azərbaycan xalqının düşmənləri idi. O zaman Vətəni xilas etmək üçün ziyalılarımız kəskin etirazlarını bildirdilər. Bədirxan da həmçinin. O boynuna yüksək məsuliyyət götürən şəxslərdən biri olaraq gərginliyi aradan qaldırdı. Onlar mübaliğəsiz demək olar ki, ölkəni uçurumdan xilas etdilər. Əbəs deyil ki, Bədirxanın ictimai-siyasi fəaliyyətindən o dövrün jurnalistləri də fəxrlə danışır. O özü də vaxtı ilə Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə toxunmuşdu.
(Foto: Bədirxan İsmayılov Azərbaycan Televiziyasının Gürcüstan nümayəndəliyinin rəhbəri Şahismayıl Şəmmədoğluna müsahibə verir).
Bədirxan İsmayılov: “Sevindirici haldır ki, xalqlarımız mehriban dostluq əlaqələri sahəsində zəngin təcrübəyə malikdir. Bunun sayəsində istər Azərbaycan, istərsə də Gürcü xalqları arasında daima əcdanlarımızın miras qoyduğu müdrikliyi yaşadan insanlar var. Bəli, xalqlarımız hər zaman müdrik olub. Mən dostum Ayvaz Həsənovla xalq arasında çox olmuşam. Bir çox insanlarla görüşmüşəm və daim xalqın məhz bu müdrik keyfiyyətlərə sahib olduğunun şahidi olmuşam. Biz Gürcüstandakı Azərbaycan ziyalıları olaraq Respublikanın rəhbər şəxsləri ilə mütəmadi görüşlər keçirir, sıx əlaqə saxlayırdıq. Təxribatçıların azərbaycanlılar və gürcülər arasında münaqişə yaratmaq cəhdləri baş tutmadı. Və heç vaxt baş tutmayacaq”.

(Foto: Azərbaycanın Gürcüstandakı sabiq səfiri Ramiz Həsənov Bədirxan İsmayılovun 70 illik yubiley tədbirində. Gürcüstan, 2004-cü il).
Azərbaycanın Gürcüstandakı sabiq səfiri Ramiz Həsənov: “Hörmətli Bədirxan müəllim, hörmətli soydaşlarım. Mən özümü burada bir az çətin hiss edirəm, ona görə ki, bilmirəm Azərbaycan hökuməti adından danışım, yoxsa Bədirxan müəllim haqqında əmim olaraq danışım. Çox şadam ki belə bir müdrik ağsaqqalı, gözəl bir insanı, eloğlumu mən lap uşaqlığımdan tanıyıram, böyük hörmət bəsləyirəm. Bizim ailəmizin, şəxsən atamın onunla möhkəm dostluğu olub. Və bu gün burada mənə Bədirxan əmini təbrik eləmək qismət olub. Bədirxan əmini görəndə təbii ki, mənim uşaqlığım, cavanlığım, atam yadıma düşür, həmin o dostluq yadıma düşür. Mən fərəhlə bunu qeyd eləmək istəyirəm ki, Bədirxan müəllim eloğlu kimi, insan kimi həmi dostluqda, həmi işdə hərtərəfli əsl hörmətə, fəxrə layiqdir. Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edirəm. Ümidvaram ki 10 ildən sonra gəlib burada sizin 80 illik yubileyinizi qeyd edəcəyik. O ki qaldı Azərbaycan dövləti adından, mən burada toplaşanların hər birinə Azərbaycan prezidenti cənab İlham Əliyevin salamlarını çatdırmaq istəyirəm. Mənə xüsusi tapşırıq verilib ki, bu regionlarda tez-tez olum, soydaşlarımızla görüşüm, onların problemləri ilə maraqlanım. Bu xüsusi tapşırıq da ümummilli liderimiz Heydər Əliyevin bu bölgəyə, bizim soydaşlarımıza olan daimi sevgi və diqqətindən irəli gəlir. Təbii ki, bu gün cənab İlham Əliyev onun siyasətini layiqincə davam etdirir. Biz inanırıq ki bu siyasət bizi gözəl gələcəyə aparıb çıxardacaq”.
Sabiq millət vəkili Qənirə Paşayeva: “Bədirxan İsmayılovu yaxşı tanıyırdım. Təbii ki, o böyük təsərrüfat xadimi olub, lakin o zaman həm də güclü ictimai səylərə ehtiyac duyulurdu. Bu çətin və keşməkeşli bir dövr idi, bəzi azərbaycanlılar hətta naümid şəkildə Gürcüstanı tərk edirdilər. Bədirxan bunun əleyhinə idi. O deyərdi ki, öz vətəninə qəzəblənmək olmaz, çətinliklər müvəqqətidir, onları hər iki xalqın düşmənləri yaradır. Gürcülərlə Azərbaycanlılar isə hər zaman dost olublar və biri – birilərinə qarşılıqlı hörmət bəsləyiblər. Bu gün biz bunun nəticəsini görürük. Azərbaycanlılar gürcülərlə birgə Müstəqil Gürcüstanın inkişafında iştirak edirlər”.
Kim bilir, Bədirxan İsmayılova o illərdə neçə çətin idi. Axı həmin hadisələrdən bir qədər əvvəl ona ağır itki üz vermişdi. Ömür-gün yoldaşı Dilarə İsmayılova vaxtsız dünyadan köçmüşdü. Lakin zamanla həyat əvvəlki axarına qayıdırdı. Bədirxan öz missiyasını davam etdirirdi. Nəhəng əmək qabiliyyətinə, enerji, təhsil və təcrübəyə sahib bir insan kimi o özünə möhtəşəm karyera qura, yüksək vəzifələrə yiyələnə bilərdi, lakin Bədirxan ən uca zirvəyə aparan yolu seçdi - əkinçi oldu, elə bir vəzifə ki, onsuz dünyanın bütün mökmdarları, prezidentləri, nazirləri gücsüz və köməksizdir. Əbəs deyil ki, ailəsi də, dostları da, cəmiyyət də ona layiqincə hörmət bəsləyirdi.

(Foto: Bədirxan ismayılov və həyat yoldaşı Dilarə İsmayılova).
Dostu, fəlsəfə elmlər doktoru, professor Camal Mustafayev: “Bədirxan İsmayılov mənim yaxın dostum idi, mən ona çox dəyər verir və sevirdim. Nəinki o özü həm də onun yaxından tanıdığım ailəsi mənə çox əziz idi. O ailəsinə çox diqqət yetirərdi, hər zaman övladlarının gələcəyindən narahat olardı. Və onun zəhməti hədər olmadı. İndi yaxşı ali təhsilli övladları var. Bədirxan çox nadir səmimiyyətə malik, qeyrətli, əliaçıq, torpağa bağlı bir insan idi. Torpağı beş barmağı kimi tanıyırdı. Onu sahədə görəndə mənə hərdən elə gəlirdi ki, torpaqla söhbət edir, onu nəvaziş edir. Məhz bunda demək olar ki, torpaqla bütövləşmiş şəxsiyyətin böyüklük fəlsəfəsi gizlənirdi. O mənim alim dostlarımı da yaxşı tanıyırdı. Onlarla söhbət etməyi sevirdi. Mən Tbilisidə dostum Merab Mamardaşvişinin evində qonaq olan zaman o, hər zaman Bədirxanı da dəvət edərdi. Bədirxan Bakıya gəldiyi zaman isə mən onu buradakı dostlarımla tanış edərdim. Dostlarımda o hər zaman əcdadlarımızın müdrükliyini daşıyan bir şəxsiyyət təəssüratı bağışlayırdı”.

(Foto: Bədirxan İsmayılovun qohumu, iş adamı Ulxan Səfərov).
Qohumu Ulxan Səfərov: “O mənə hər zaman deyərdi ki, insanlara yaxşılıq et. Yaxşılıq edə bilməsən də heç olmasa pislik etmə. Bu hər bir insana xas keyfiyyət olmalıdır. Onunla bir masa arxasında yaxşı insanlarla bərabər çox vaxt keçirmişik. Və hər zaman mən qayınatamın süfrə mədəniyyətinə böyük hörmət göstərdiyinin şahidi olurdum. O əsl ağsaqqal kimi hər kəsə mehribanlıq göstərərdi. Vaxtilə ondan çox şeyi öyrənirdim. Hətta gənc müəllim ikən o mənimlə yaxından maraqlanırdı. Bilirdi ki bu kənddən deyiləm. Faydalı məsləhətlər verərdi. Deyərdi ki, nə zaman çətinliyin olsa istər maddi, istər mənəvi mənə bildir. Çox xoş idi ki, bu cür insan mənim qayğılarımla maraqlanır. Halbuki o, Ruisbolo kimi nəhəng təsərrüfata rəhbərlik edirdi. O zaman bu sovxoz nəinki Gürcüstanda hətta İttifaq miqyasında öz layiqli yerini tuturdu. Mən gənc pedaqoq olaraq bu insanla fəxr edirdim. Daha sonra özüm ailə qurdum, ata oldum və yenə də onun ailədə rəfdarından örnək götürürdüm”.
Oğlu Bəhram İsmayılov: “Atam sadə amma çox tələbkar insan idi. Yadımdadı o nahar edəndə, biz uşaqları, onunla bir masa arxasında əyləşməyə cürət etmirdik. Bu dərəcədə ondan çəkinirdik. Bununla bərabər o mehriban və diqqətçil ata idi. Ailədi 7 uşaq idik. Və hər birimiz atamızın diqqətini özündə hiss edərdi. Tez-tez məktəbə gələrdi, hər birimizin sinif rəhbərləri ilə söhbətləşərdi. Təhsilimiz, təlim-tərbiyəmizlə maraqlanardı. Atamızın sayəsində hamımız məktəbi yaxşı qiymətlərlə bitirdik və ali təhsilə yiyələndik. O həmdə çox vətənpərvər insan idi. Öz ölkəsinə çox bağlı idi. Respublika rəhbərləri onu hər zaman yüksək dəyərləndiriblər. Onlar tez-tez bizim evimizdə qonaq olurdular”.

(Foto: Bədirxan İsmayılov ailəsi ilə Gürcüstanın Batumi şəhərində istirahətdə. Qızı Növrəstə, həyat yoldaşı Dilarə və oğlu Bəhram).

(Foto: Bədirxan İsmayılov ailəsi ilə Moskvada istirahətdə. Soldan qızı Aybəniz, nəvələri Qüdrət və Qiyas, həyat yoldaşı Dilarə və kürəkəni Nizami).

Bədirxan İsmayılov Həcc ziyarətindən qayıdarkən Bakıda oğlu Elmarın evində, 1995-ci il).
20 noyabr 2010-cu ildə Bədirxanın dünya həyatı sona çatdı. Hərarətli sevgi bəslədiyi doğma torpağı ömrünü ona həsr edən insanı nəhayət ki, öz ağuşuna aldı. Həmin andan etibarən isə kimə ictimai xadim, kimə dost, kimə isə ata olan bu insan haqqında xatirə yaşamağa başladı. Geriyə baxdıqda Bədirxan İsmayılovun həyatda parlaq iz qoyduğunu görə bilərik. Onun gördüyü işlər həmkəndlilərinin və birgə çalışdığı insanların yaddaşında həkk olunub. Bu gün Bədirxan nəslinin davamçıları, atalarının soyadını şərəflə daşıyan övladlar, babalarına layiq nəvələr yetişir. Onların bir çoxu Gürcüstanın, ABŞ-nin, Türkiyənin, Rusiyanın və başqa ölkələrin ən yaxşı ali məktəblərində təhsil alıb. Bədirxana nəticələrini görmək də qismət olub. Onun həyat yoluna nəzər yetirdikdə deyə bilərik ki, Bədirxan İsmayılov Allahdan verilən ömür payından düzgün və yetərincə yararlana bildi. Odur ki, onun xatirəsi hələ uzun müddət yaşayacaq, özündən sonra qoyduğu iz isə hələ uzun müddət silinməyəcək.
Müəllif: Azərbaycan Televiziyasının Gürcüstan nümayəndəliyinin rəhbəri,
Gürcüstan Respublikasının əməkdar jurnalisti
Şahismayıl Şəmmədoğlu