Aparıcı Xoşqədəm Hidayətqızı yeni fotolarını izləyiciləri ilə bölüşüb.
GunAz.az xəbər verir ki, aparıcı həftəsonu istirahətini qarlı bölgələrdən birində keçirtdiyini vurğulayıb.
"Ən çətin yollardan keçməsən, gözəl mənzərəni görə bilməzsən. Gözəllikləri görmək və yaşamaq ümidi ilə" deyə, Xoşqədəm paylaşımında yazıb.
Qeyd edək ki, aparıcı türkiyəli müğənni Doğuşla ailəlidir. Onun ilk nikahdan bir, ikinci evliliyindən isə 3 oğul övladı var.