SON DƏQİQƏ
» » Anar Məmmədov atası işdən çıxarılan kimi Xocalıdan imtina etdi

Anar Məmmədov atası işdən çıxarılan kimi Xocalıdan imtina etdi

Tarix:

2-03-2017, 10:43

/ 7 088 dəfə oxundu.
Anar Məmmədov atası işdən çıxarılan kimi Xocalıdan imtina etdi

"Bu il ABŞ-da heç bir tədbir keçirmədi"
Keçmiş nazir Ziya Məmmədovun biznesmen oğlu Anar Məmmədov atasının işdən çıxarılmasından sonra yoxa çıxıb. 
5 ildir ki, ABŞ-da "Xocalıya ədalət" kampaniyası keçirən Azərbaycan-Amerika Alyansının sədri Anar Məmmədov bu il heç bir tədbir keçirməyib. 
Anar Məmmədovun əmisi, eks-deputat Elton Məmmədov bir müddət öncə müsahibəsində bu haqda demişdi: "Anar Məmmədov fəal gənclərdən biri olaraq Leyla xanım Əliyevanın apardığı "Xocalıya ədalət" kampaniyasında, Azərbaycan həqiqətlərinin ABŞ-da təbliğ olunmasında, Amerika-Azərbaycan münasibətlərinin qurulmasında və digər bu kimi dövlətin maraqlarına uyğun tədbirlərdə iştirak edir". 
Ancaq görünən odur ki, Anar Məmmədovun vətənpərvərliyi və Azərbaycan həqiqətlərini dünyaya yaymaq istəyi atasının işdən çıxarılması ilə yekunlaşıb. Bu səbəbdən də keçmiş nazir oğlu bu il ABŞ-da Xocalıyla bağlı heç bir tədbir keçirməyib. 
Qeyd edək ki, bundan öncəki illərdə ABŞ-ın Nyu-York, Vaşinqton kimi nəgəhg şəhərlərində quraşdırılmış, üzərində "Xocalı... Azərbaycana qarşı bəşər faciəsi”, "Xocalıya ədalət” başlığı altında posterləri milyonlarla insan izləmişdi. Ancaq bu ildən etibarən ABŞ-da Xocalıyla bağlı heç bir poster gözə dəyməyib.(Azxeber.com)

Gunaz.az

Anar Məmmədov atası işdən çıxarılan kimi Xocalıdan imtina etdi

 

Anar Məmmədov atası işdən çıxarılan kimi Xocalıdan imtina etdi

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ