SON DƏQİQƏ
» » Siyavuş Novruzovdan Qubad İbadoğlu bağlı açıqlama:

Siyavuş Novruzovdan Qubad İbadoğlu bağlı açıqlama:

Tarix:

23-04-2024, 11:05

/ 2 206 dəfə oxundu.
Siyavuş Novruzovdan Qubad İbadoğlu bağlı açıqlama:

“Guya hakimiyyət Qərbin təzyiqi nəticəsində geri çəkilib və Qubad İbadoğlunu ev dustaqlığına buraxıb. Qəti şəkildə belə deyil. Guya Əli Kərimlinin və Qərbin basqıları nəticəsində bu addım atılıb. Belə iddiaları qəsdən ortaya atırlar ki, gələcəkdə digərlərinə də məhkəmə formasında, qanunvericiliyə uyğun şəkildə baxılıb hər hansı qərar seçilməsin”.
GunAz.az xəbər verir ki , Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, Qubad İbadoğlunun ev dustaqlığına buraxılması qərarını məhkəmə verib: “Azərbaycan hüquqi dövlətdir. İstintaq davam etdirilir. Məhkəmə hələ bitməyib. Bitdikdən sonra bu məsələlər həllini tapacaq. Məhkəmə hansı qərarı qəbul edəcəksə, o qərar qüvvəyə minəcək. Azərbaycan indiyə qədər  təzyiqlə heç bir addım atmayıb. Bundan sonra da atmayacaq”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ