Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə əsasən, məhdudiyyətə səbəb Nəsimi rayonu Bakıxanov küçəsindən keçən 500 mm diametrli magistral su kəmərində qəzanın baş verməsidir.
Yaranan narahatlıqla əlaqədar "Azərsu” abonentlərdən üzr istəyir.