SON DƏQİQƏ

SABAHA OLAN HAVA PROQNOZU

Tarix:

31-01-2017, 12:44

/ 4 998 dəfə oxundu.
SABAHA OLAN HAVA PROQNOZU

Bakı və Abşeron yarımadasında fevralın 1-də fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz   0°-yə yaxın olacağı gözlənilir.
Atmosfer  təzyiqi 765 mm civə sütunundan  769 mm civə sütununa yüksələcək.
Nisbi rütubət  85-95 % təşkil edəcək.
Yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Gunaz.az

 

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər