SABAHA OLAN HAVA PROQNOZU
![SABAHA OLAN HAVA PROQNOZU](https://gunaz.az/uploads/posts/2017-01/1485852295_1485771580_1480844339_download-1200-x-748.jpg)
Bakı və Abşeron yarımadasında fevralın 1-də fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 85-95 % təşkil edəcək.
Yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Gunaz.az