SON DƏQİQƏ
» » Azərbaycandan Trampa özəl hədiyyə - Ağ Evə göndərildi FOTO

Azərbaycandan Trampa özəl hədiyyə - Ağ Evə göndərildi FOTO

Tarix:

23-01-2017, 08:13

/ 4 607 dəfə oxundu.
Azərbaycandan Trampa özəl hədiyyə - Ağ Evə göndərildi FOTO

 Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampa Bakıdan qeyri-adi təbrik.
Uzun illər xalçaçılıq sənəti ilə məşğul olan Dağlar Səfərov öz hədiyyəsi ilə birləşmiş ştatların yeni prezidentini təəccübləndirib. Donald Trampın üzərində təsviri olan Azərbaycan xalçasından birləşmiş ştatların dünyada tanınmış nəşrləri də yazıblar. Xalçanın özü qədər onun necə ərsəyə gəlməsi tarixçəsi də maraqlıdır.
Xalça ustası Dağlar Səfərov Amerika prezidentini üzərində onun təsviri olan Azərbaycan xalçası ilə təbrik edib. Dağlar Səfərov deyir ki, o hələ son seçkilərdən qabaq Trampın prezident seçiləcəyini hiss etmişdi. Buna görə də hələ o vaxtdan bu qeyri-adi xalçanın toxunmasına başlayıb. Qeyri-adi sənət əsəri məhz bu sexdə hazırlanıb.

Dağlar Səfərov fikrincə xalçanın Birləşmiş Ştatların yeni prezidentinə göndərilməsi yeni dönəmdə Azərbaycana uğur gətirə bilər.
Sənətkar Donald Trampın tez-tez Azərbaycan xalçasına baxaraq Odlar Yurdunu xatırlaması üçün sənət əsərinin üzərində xüsusi işarələr də qoyub.
Dağlar Səfərov indiyədək bir çox prezidentlərin şəklini xalça üzərində təsvir edib..Bəzən həmin dövlət başçılarının xüsusi dəvəti ilə onlarla görüşdüyünü bildirən sənətkar bu ənənəni indidən sonra da davam etdirmək niyyətində olduğunu deyir.

Gunaz.az

Azərbaycandan Trampa özəl hədiyyə - Ağ Evə göndərildi FOTO

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ