SON DƏQİQƏ
» » Sakinlər Bakı – Astara yolunu bağladı - Rəsmi açıqlama

Sakinlər Bakı – Astara yolunu bağladı - Rəsmi açıqlama

Tarix:

18-01-2017, 14:20

/ 10 453 dəfə oxundu.
Sakinlər Bakı – Astara yolunu bağladı - Rəsmi açıqlama

Bir neçə dəqiqə öncə Bakının Qaradağ rayonunda sakinlər Bakı-Astara magistral yolunu bağlayaraq uzun tıxac yaranmasına səbəb olublar.  
Gunaz.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sakinlər yerüstü keçidin tikilməsini tələb ediblər: "Üç gün öncə Səngəçal qəsəbəsi ərazisində 9 yaşlı oğlanı maşın vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu gün isə qəsəbə sakinləri həmin hadisə ilə bağlı toplaşıblar. Onlar ərazidə yerüstü piyada keçidinin tikilməsini tələb ediblər. Sakinlərin toplaşması bir müddət yol hərəkətinə mane olub. Hazırda isə avtomobillərin hərəkəti bərpa edilib”.   
K.Əliyev bildirib ki, sakinlərin tələbi ilə bağlı müvafiq qurumlar ərazidə sakinlərl müzakirə aparıblar.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ