
Teyyub Qənioğlu: "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin bu şəkildə qəbulu ölkədə siyasi mühitn demokratikləşməsinə yox, əksinə təsir göstərə bilər.
"Siyasi partiyalar haqqında” qüvvədə olan qanun 3 iyun 1992-ci ildə qəbul edilmişdir və keçid dövrü üçün məqbul sayıla bilərdi. O vaxtdan ölkəmizdə çox şey dəyişib və yeni qanunun yeni şəraitə uyğunlaşdırlmasına ehtiyac var idi və Azərbaycan Təkamül Partiyası (ATP) olaraq bunu dəstəkləyirik. Hamı gözləyirdi ki, "Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi ölkəmizdə siyasi fəallığın, siyasi partiyaların ölkənin idarə edilməsində rolunun artmasına, sıravi vətəndaşların siyasi proseslərə daha çox meyl etmələrinə, siyasi mühitn demokratikləşməsinə nəzərəçarpacaq imkan və şərait yaradacaqdır. Son illər Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmağa baslaması belə düşünməyə əsas verirdi. Ancaq, təəsüf ki, "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə tanışlıq bu gözləntilərin doğrulanacağına kifayət qədər ümid vermədi.
Ümumiyyətlə belə qəbul olunur ki, hər hansı qanuna edilən əlavə və dəyişikliklər əvvəlkinə nisbətən daha mütərəqqi olmalı, inkişaf üçün əlavə imkanlar yaratmalıdır. Ancaq "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi olduğu kimi qəbul edilərsə, bu siyasi proseslərin inkişafına, vətəndaşların, xüsusilə gənclərin siyasi aktivliyinin, siyasi partiyaların cəmiyyətdə rolunun artmasına deyil, əksinə təsir göstərəcəkdir. Məsələn, Qanun layihəsinin 5-ci maddəsində tələb qoyulur ki, siyasi partiyanı təsis etmək üçün azı 200 vətəndaş təsisçi olmalı, eyni zamanda bu şəxslər son 20 il Azərbaycan Respublikasının ərazisində daimi yaşamalıdır. Qanunun 15.5, 16.5-ci müddəalarında da Siyasi partiyanın sədri, sədr müavinləri və icra orqanının rəhbərliyinin son 20 il ölkədə daimi yaşaması tələbi qoyulub. Konstitusiyada respublikanın prezidenti seçilmək üçün ölkədə 10 il yaşamaq norması olduğu halda bir partiya təsis etməyin belə ağır prosedurunun hansı əsaslarla müəyyənləşməsini anlamaq mümkün deyil. Bununla yanaşı 6.1-ci maddədə siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün azı 10000 üzvünün olması şərti qoyulmuşdur. ATP olaraq bunu məqbul hesab edirik və fikrimizcə bu maddə yalnız yeni təsis edilən partiyalara şamil edilməlidir. Ancaq qanun layihəsinin 30.1-ci madəsində qeyd edilir ki, bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş saya çatdırılması üçün tədbirlər görür. Qanunun geriyə qüvvəsi olmadığı halda belə maddənin layihəyə salınması hansı məqsədi güdür? Bu qaydanı pozaraq yeni Qanun qəbul etmək hansı məntiqə sığır? "Siyasi partiyalar haqqında” qüvvədə olan Qanuna görə 1000 nəfər üzvü ilə qeydiyyatdan keçmiş partiyadan 90 gün müddətində üzvülərinin sayını 10000 minə çatdırmaq tələbi hansı əsaslara görə irəli sürülür? Görünür məqsəd siyasi aktivliyi artırmaq yox, süni surətdə fəaliyyət göstərən partiyaların sayını azatmaqdır.
Bunlarla yanaşı, ölkədə 20 il daimi yaşamaq tələbi gənclərin siyasi fəaliyyətə yolunu məhdudlaşdıra bilər. Bu 2-3 il xaricdə təhsil alan gənclərin ölkəyə döndükdən sonra siyasi partiya təsis etmək və ya mövcud partiyaların rəhbərliyində təmsil olunmaq hüququnu pozmurmu? Bu qanuna istinad edərək gənclərin qarşısında süni sədd yardılmayacağına kim təminat verə bilər?
Qanunun 7.2.2-ci maddəsində qeyd edilir ki, dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir.Bu maddənin Qanuna daxil edilməsi hansı məqsədi güdür, bu hansı ehtiyacdan irəli gəlib?
7-ci maddə ümumiyyətlə siyasi partiyanın fəaliyyətinə nəzarət edəcək müvafiq icra hakimiyyəti orqanına çox geniş səlahiyyətlər verir və partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına səbəb ola bilər.
Layihənin 9.3.4-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə siyasi
partiyanın qeydiyyatı ləğv edilə bilər. Seçkilərdə iştirak edən hər kəs təcrübədə namizədliyin necə geydə alındığını yaxşı bilir. Təcrübədə geniş tətbi olunan "filan sayda imzanın bir nəfər tərəfindən edildiyi ehtiva olunur (?)” deyərək namizədin qeydə alınmadığı şəraitdə bu maddə fəaliyyəti "məsləhət bilinməyən” siyasi partiyanın qeydiyyatının "qanuni əsaslarla” fəaliyyətinin ləğvinə "əsaslar” yarada bilər. Hesab edirik ki, Qanunun bu müddəası ölkədə demokratik mühitin yaradılması prinsiplərinə uyğun gəlmir. Demokratik prinsiplərə görə istənilən siyasi partiya seçkilərdə iştirak etmək və ya etməmək haqda özü qərar verməlidir. Bu müddəanın məqsədi seçkiləri "boykot” edən müxalifət partiyalarının ləğvinə hesablanmayıbmı?
Qanun layihəsinin 20.10-cu maddəsində göstərilir ki, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır. Ölkədə müxalif siyasi partiyalara münasibətin hələ də arzu olunan səviyyədə olmadığı, ikili standartların təmamilə aradan qalxmadığı müasir şəraitdə partiya üzvü haqqında belə geniş məlumatın əldə edilməsi hər halda demoqratik prinsiplərə uyğun hesab edilə bilməz.
Siyasi partiyaya dövlət maliyyə yardımını nəzərdə tutan 25-ci maddədə bu sahədə mövcud qaydalar təkrar olunur. Müxtəlif səviyyələrdə, xüsusilə də, Milli Məclisə seçkilərdə iştirak ediən, ancaq namizədiinin qalib gəlməsi "məsləhət bilinməyən” siyasi partiya nəinki Milli Məclisdə təmsil oluna bilməz, eləcə də 3 faizlik baryeri aşa bilməz. Yəni gələcəkdə də, "münasib partiyalar” üçün yenə də hər cür şərait yaradılacaq (qərargah, maliyyə yardımı və s.), münasib olmayanlar...
Hesab edirk ki, "Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə ciddi şəkildə dəyişikliklər edilməlidir. Layihənin bu şəkildə qəbulu ölkədə siyasi mühitin demokratikləşməsinə yox, əksinə təsir gösrətərə bilər.