SON DƏQİQƏ
» Ermənistanın bütün səyləri Rusiyanı Türkiyə ilə üz-üzə qoymaqdır

Ermənistanın bütün səyləri Rusiyanı Türkiyə ilə üz-üzə qoymaqdır

Tarix:

26-05-2021, 08:23

/ 2 704 dəfə oxundu.
Ermənistanın bütün səyləri Rusiyanı Türkiyə ilə üz-üzə qoymaqdır

Ermənistan KTMT-yə 4-cü maddə (dövlətə hücum) üzrə müraciət etməyə hazırlaşır.

Təhlükəsizlik şurasınını katibi Armen Qriqoryan bu gün sərhəddə erməni hərbçisinin "ölümü”ndən danışarkən deyib ki, "böhrandan çıxış yolları, diplomatik metodlar tükənir, KTMT-yə 4-cü maddə üzrə müraciət etməkdən başqa çıxış yolu qalmır”.

KTMT-yə 2-ci maddə (dövlətə hücum təhdidi) ilə müraciət edən Ermənistanın prosesi 4-cü maddəyə uyğunlaşdırmaq üçün təxribatlar törədəcəyi haqda yazmışdıq. Bu gün baş verən təxribatın məqsədi də 4-cü maddə üzrə müraciətin gündəmə gətirilməsi idi.

KTMT nizamnaməsinin 4-cü maddəsinə görə, üzvlər müraciət edən ölkəyə birmənalı şəkildə dəstək verməlidir.

İrəvan Bakını təkləmək, KTMT-ni, dolayısı ilə Rusiyanı prosesə müdaxiləyə məcbur etmək, yeni imzalanacaq müqaviləni öz maraqlarına uyğunlaşdırmaq, Moskva və Ankaranı üz-üzə qoymaq, bütün bunlar baş tutmasa, seçkiöncəsi və sonrası hərbi ittifaqın - rusların dəstək verməməsindən siyasi otiyentasiyasını dəyişdirməkdə istifadə etmək istəyir.

İlqar Qurban

скачать dle 12.1

Şərhlər