SON DƏQİQƏ
» Avroviziyanın açılışını Azərbaycanlı edəcək

Avroviziyanın açılışını Azərbaycanlı edəcək

Tarix:

8-05-2018, 08:40

/ 10 249 dəfə oxundu.
Avroviziyanın  açılışını Azərbaycanlı  edəcək

Avroviziya beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı Lissabonun "Altice" arenasında keçiriləcək.

Gunaz.az TASS-a istinadən xəbər verir ki, müsabiqədə 19 ölkə yarışacaq.

Tədbirin açılışında Azərbaycan təmsilçisi Aysel çıxış edəcək. Püşkatmaya əsasən həmin axşam İslandiya, Albaniya, Belçika, Çexiya, Litva, İsrail, Belarus, Estoniya, Bolqarıstan, Makedoniya, Xorvatiya, Avstriya, Yunanıstan, Finlandiya, İsveçrə, İrlandiya, Kipr və Ermənistan təmsilçiləri çıxış edəcəklər.

Müsabiqədə həmçinin Portuqaliya, İspaniya və Britaniya təmsilçiləri də çıxış edəcəklər. Portuqaliya ev sahibi olduğundan finalda birbaşa iştirak hüququna malikdir. Müsabiqənin finalı mayın 12-də keçiriləcək.

скачать dle 12.1

Şərhlər