SON DƏQİQƏ
» » Göyçaydan oğurladıqları inəkləri Bərdədə qəssaba satarkən ələ keçdilər

Göyçaydan oğurladıqları inəkləri Bərdədə qəssaba satarkən ələ keçdilər

Tarix:

4-08-2020, 21:15

/ 3 093 dəfə oxundu.
Göyçaydan oğurladıqları inəkləri Bərdədə qəssaba satarkən ələ keçdilər

Göyçay Rayon Polis Şöbəsinə rayonun Birinci Ərəbcəbirli kəndində ümumi dəyəri 5 min manat olan 4 baş inəyin oğurlanması barədə müraciət daxil olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbiri keçirilib.

Əməliyyat zamanı iribuynuzlu heyvanları oğurlayan şəxslərin zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum olunmuş Elşən Niyatov və rayonun Mallı-Şıxlı kənd sakini Kənan Şəfizadə olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. 

Araşdırma zamanı saxlanılan şəxslərin həmin heyvanları oğurladıqdan sonra Bərdə rayonunda satdıqları məlum olub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ