SON DƏQİQƏ

Ərdoğandan CANLI YAYIM

Siyasət / Video / Manşet

Qubada qədim daş lövhə tapıldı - VİDEO

Tarix:3-10-2019, 08:43 Oxunub:1 157

Quba rayonunun Töhmər kəndində üzərində müxtəlif təsvirlər olan qədim daş lövhə tapılıb.

Kənd sakini traktorla yer şumladarkən üzərində təsvirlər olan qədim daş lövhə tapıb. Kənd sakini Tofiq Osmanov artıq həmin torpaq sahəsini üçüncü ildir ki, şumlatdırdığını və hansısa tapıntıya rast gəlmədiyini bildirib.

Çəkisi 20 kiloqramdan çox, dördbucaq formada olan daş lövhənin üzərində hansısa yaşayış binasının təsviri, yay və ox işarəsi və digər məlum olmayan işarələr oyma üsulu ilə təsvir olunub. Tofiq Osmanov bildirib ki, daşı tapdıqdan sonra yuyaraq, təmizləyib evinə aparıb. O, bunu keçmişdən qalan yadigar kimi qorunması üçün müvafiq dövlət orqanlarına təhvil vermək məqsədilə etdiyini bildirib.

Onun sözlərinə görə, Töhmər kəndində tarixçilərin araşdırması üçün çox tədqiqat mərkəzləri mövcuddur.

Tapıntı diqqət çəkdiyindən əraziyə mütəxəssis göndərilməsi üçün AMEA "Arxeologiya və etnoqrafiya institutu"na müraciət edilib. Əraziyə gələn arxeoloq Qəhrəman Ağayev daşların tapıldığı ərazi ilə tanış olub və ilkin araşdırmalar aparıb.

“Tapıntılar, tam araşdırıldıqdan sonra hansı mənaları daşıdığı məlum olacaq. Ümumiyyətlə, ərazinin öyrənilərək araşdırılmasına və arxeoloji tədqiqatlar aparılmasına ehtiyac var". Q.Ağayev ərazidən müxtəlif saxsı və çini qabların qırıqlarından araşdırma üçün götürüb (Report).

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<