SON DƏQİQƏ

Azərbaycanda 3 min illik yeni tarix - Video

Tarix:

4-01-2019, 11:27

/ 10 274 dəfə oxundu.
Azərbaycanda 3 min illik yeni tarix - Video

Cəlilabadda eramızdan əvvələ aid olan daşdan düzəldilmiş quş fiquru tapılıb.

GunAz.az-ın Xəzər Xəbər-ə istinadən verdiyi məlumata görə, büt olduğu ehtimal olunan daş fiqur Cəlilabadın Şatırlı kəndində təsərrüfat işləri görülərkən aşkar edilib. 10 kq-a yaxın çəkisi olan maddi-mədəniyyət nümunəsinin üzərində kiçik ölçüdə möhür izini xatırladan damğa var.

Tarixçilərin sözlərinə görə, bu, bütün hər hansı bir tayfaya aid olduğunu göstərən işarə ola bilər. Digər maraqlı məqam isə daş fiqurun üzərində bir neçə şaquli düz xətlərin çəkilməsidir.

İlkin araşdırmalar zamanı tapıntının 3 min ildən çox yaşı olduğu məlum olub. Mütəxəssislərin sözlərinə görə, daş fiqur Cənub bölgəsində insanların inancı ilə bağlı ilk tapıntıdır. Sözügedən maddi-mədəniyyət nümunəsinin araşdırılması qədim insanların inancları, eləcə də dəfn adətləri ilə bağlı maraqlı faktları üzə çıxara bilər.

Qeyd edək ki, sözügedən ərazidə qartal formalı bütlə yanaşı, əkinçilik alətlərinin qalıqları da aşkar olunub. Artıq bununla bağlı AMEA Tarix və Arxeologiya və Etnoqrafiya institutlarına məlumat verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ