SON DƏQİQƏ

Neft bahalaşdı

İqtisadiyyat

Ana və oğlunu güllələyib evlərini yandırdılar AZƏRBAYCANDA - VİDEO

Tarix:2-09-2019, 20:43 Oxunub:4 560

Gədəbəy rayonunda ana və oğlunu öldürməyə çalışan şəxs tutulub.

XəzərXəbər xəbər verir ki, avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.

Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdiriliblər.

Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<