SON DƏQİQƏ
» » Yanacağa qənaət edən soba: Soba həm odun, həm də qazla işləyir - VİDEO

Yanacağa qənaət edən soba: Soba həm odun, həm də qazla işləyir - VİDEO

Tarix:

29-01-2019, 08:39

/ 10 657 dəfə oxundu.
Yanacağa qənaət edən soba: Soba həm odun, həm də qazla işləyir - VİDEO

Şamaxı sakini yanacağa qənaət edən soba hazırlayıb. Soba həm odun, həm də qazla işləyir. Hər iki yanacağa da 80 faiz qənaət edir. Sobadan eyni zamanda yemək bişirmək və su qızdırmaq üçün istifadə etmək olur.

Bir otağı qızdırmaq üçün 1 sutkaya 2 kub qaz yandırır.

Üstəlik, bu soba həm də odunla işləyir.

GunAz.az xəbər verir ki, Şamaxının Dəmirçi kənd sakini Rəşad Şeydayevin düzəltdiyi soba qənaətcil olması baxımından diqqət çəkir. Peşəsi qaynaqçı olan kənd sakini daha az pul xərcləməklə daha çox istilik əldə etməyin yolunu tapıb. Onun hazırladığı soba yanacağa 80 faiz qənaət edir. Soba həm odunla, həm də mavi yanacaqla işləyir.

Usta hazırladığı sobanın tam təhlükəsiz olduğuna zəmanət verir. Soba qısa zamanda evin bütün otaqlarını eyni dərəcədə qızdırır. Sobanın kənarlarına yerləşdirilən xüsusi detallar onun qaz və odun sərfiyyatını ciddi şəkildə azaldır. Bir otağı qızdırmaq üçün 24 saat ərzində cəmi 2 kub qaz lazım olur. Sobanın üstündə isə müxtəlif yeməklər bişirmək mümkündür.

Evə daxil olan təzyiqli soyuq su sobaya yerləşdirilmiş borudan keçərək isidilir və evə bərabər qaydada paylanılır. Bu zaman mətbəxdə istifadə edilən soyuq su da isidilmiş olur.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ