SON DƏQİQƏ

Obama İŞİD-in güclənməsini istədi

Tarix:

6-01-2017, 12:23

/ 3 107 dəfə oxundu.
Obama İŞİD-in güclənməsini istədi

"Vikiliks” ABŞ Dövlət katibi Con Kerrinin Suriya müxalifəti ilə görüşünü əks etdirən səs yazısının növbəti hissəsini yayımlayıb.
Səs yazısı Kerri ilə müxaliflərin BMT-də keçirilən toplantısını əhatə edir.
37 dəqiqəlik qeyddə Kerri bir neçə dəfə Prezident Barak Obamaya Suriyaya hərbi müdaxiləni təklif etdiyini deyib. Lakin Obama 73 yaşlı siyasətçinin təklifi ilə razılaşmayıb.
Kerri İŞİD-in böyüyüb güclənməsini uzaqdan izlədiklərini, bunun da Suriya Prezidenti Bəşər Əsədi müzakirələrə təhrik etmək məqsədi güddüyünü deyib:
"Bilirdik ki, İŞİD getdikcə böyüyür və biz seyrçi qalırdıq. İŞİD gücləndikcə Əsədin təhdid altında olduğunu zənn edirdik. Ancaq onun Rusiyadan yardım tələb edəcəyini təxmin etməmişdik. O, bizimlə müzakirələrə qatılmaq əvəzinə Putinlə anlaşmanı üstün tutdu”.
Qeyd edək ki, doğruluğu təsdiq edilməyən bu səs yazısının əvvəlki qismi 30 sentyabrda "Nyu York Tayms”da yayımlanıb. Ancaq Nümayəndələr Palatası səs yazısını dinləməyi əngəlləmişdi.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ