SON DƏQİQƏ
» » Partiya sədri:"Azərbaycan xalqı və dövləti düşmənlə savaşdan geri durmayacaq"

Partiya sədri:"Azərbaycan xalqı və dövləti düşmənlə savaşdan geri durmayacaq"

Tarix:

1-10-2020, 08:47

/ 4 498 dəfə oxundu.
Partiya sədri:"Azərbaycan xalqı və dövləti düşmənlə savaşdan geri durmayacaq"

Dost da, düşmən də Azərbaycanın Vətən müharibəsini izləyir.

 

VHP sədri: "İllərdi Xocalı soyqırımına, işğal faktına susan «sülhpərvərlər» indi Azərbaycanın haqq savaşından narahat olurlar”

 

«Bu gün dünyanın gözü Azərbaycandadır. Dost da, düşmən də Azərbaycanın Vətən müharibəsini diqqətlə izləyir. Dostlar cəbhədən gələn hər uğurlu xəbərə sevinir, düşmən həyəcan və təşviş içindədir». Bu sözləri «Azad Azərbaycan»a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə,Azərbaycan əsgərinin azadlıq savaşında atdığı ilk güllədən dərhal sonra Roma Papasından ABŞ prezidentinə, Rusiya Dumasından Almaniya kanslerinə qədər "narahatlıq”, atəşi dayandırmaq bəyanatı verilir: «30 ildir Azərbaycan torpaqlarının işğal altında olmasını yada salmayan, yüzlərlə insanımızın əsirlikdə işgəncə altında qalmasını görməzdən gələnlər indi dilə gəliblər. İllərdi Xocalı soyqırımına, erməni faşizminə, işğal faktına susan bu «sülhpərvərlər» indi Azərbaycanın haqq savaşından narahat olurlar. Azərbaycanın beynəlxalq qanunlara və konstitusiyasına uyğun olaraq öz dövlət ərazisini qeyri-qanuni silahlı birləşmələrdən azad etmək və Ermənistanın işğalçılığına son qoymaq istəyir. Bu hərbi əməliyyatlara heç bir hüquq və haqq məhdudiyyət qoya bilməz! Azərbaycan xalqının səbrinin son həddidir və başlanan savaş torpaqların azad olunması ilə başa çatacaq».

S.Rüstəmxanlı qeyd edib ki,Azərbaycan xalqı və dövləti düşmənlə savaşdan geri durmayacaq və düşmənin havadarlarının sözü bizi haqq yolumuzdan qaytara bilməyəcəkdir: «Dostla düşmənin tanındığı bu günlərdə bir xalq olaraq dostlarımızdan, canbir, qanbir qardaşlarımızdan umacaqlarımız da var. Hər zaman olduğu kimi, indi də qardaş Türkiyə bütün varlığı ilə "Can Azərbaycan” deyərək yanımızdadır. Türkiyə dövləti diplomatik cəbhədə Azərbaycanı müdafiə edir, bütün Türk xalqı da öz dəstəyini göstərməkdədir. Eyni dəstək və mövqeni digər türk cümhuriyyətlərindən də gözləyirik. Erməni faşizmi bütövlükdə Türk millətini özünə düşmən elan edib».

Millət vəkili bildirib ki, bu gün savaş meydanında Azərbaycan əsgəri dayansa da, dünya siyasətində Ermənistan və havadarları antitürk siyasəti yürütməkdədi: «Bu siyasətə qarşı Türk dünyasının birlik və həmrəyliyi mütləqdir. Dünya imperalizminin yürütdüyü şər siyasətinə qarşı bu gün Qarabağda başlanan savaşla bütün Türk dünyası "dur” mesajı verməlidir».

Partiya sədri əlavə edib ki, bu gün Qarabağda aparılan savaş 50 milyonluq Azərbaycan xalqının savaşıdır: «Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı bu savaşın əsgəridir. Avropada, Amerikada, Rusiyada yaşayan soydaşlarımız Azərbaycanın haqq mübarizəsinin təbliğatçısına, erməni faşizminin açıq və gizli dəstəkçilərini susduran qüvvəyə çevrilməlidir. Savaşın ilk günlərindən Ermənistana hərbi və siyasi dəstək verən İran adlı fars-molla rejimiinin zülmü altında yaşayan milyonlarla soydaşımızın bu gün öz sözünü deməyə və düşmənin İran üzərindən gedən xilas yolunu bağlamağa ehtiyac var. Güney Azərbaycanda yaşayan soydaşlarımızın vətən sevgisinə güvənərək bu etiraz dalğasının nəticə verəcəyinə inanırıq».

VHP sədri vurğulayıb ki, Azərbaycan əsgəri Vətən Müharibəsində uğurlarını şərəflə davam etdirir: «Azərbaycan əsgəri zəfərə doğru savaşır. Tarix yazılan bu günlərdə Arazın güneyində yaşayan soydaşlarımıza, Dünya Azərbaycanlılarına və bütün Türk dünyasına müraciət edirik: Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün!»

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər