SON DƏQİQƏ
» » Heç kəs Azərbaycan xalqının iradəsini qıra bilməz!

Heç kəs Azərbaycan xalqının iradəsini qıra bilməz!

Tarix:

1-10-2020, 08:26

/ 3 492 dəfə oxundu.
Heç kəs Azərbaycan xalqının iradəsini qıra bilməz!

 

Partiya sədri: «İşğalçı erməni faşistlərinə hərtərəfli iqtisadi-hərbi yardım edənlər hərəkətlərinin sonrasını düşünsünlər»

 

«Sentyabr ayının 29-daBMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirildi. Biz, Azərbaycan xalqı olaraq gözləyirdik ki, nəhayət BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı özünün qəbul etdiyi 4 qətnamənin təxirə salınmadan yerinə yetirilməsi haqda qərar qəbul edəcək, əks halda onun məcburi qaydada həyata keçiriləcəyini bəyan edəcəkdir».

Bu sözləri «Azad Azərbaycan» qəzetinəTəkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası yenə də erməni faşistlərinin müdafiəçisi rolunda çıxış edərək, işğalçı ilə işğala məruz qalan tərəflər arasında heç bir fərq qoymadan və işğal faktına göz yumaraq, Ermənistana "işğala son qoy" tələbi əvəzinə, riyakarcasına tərəfləri atəşkəsi dayandırmağa və ATƏT-in Minsk qrupunun çətiri altında sülh danışıqlarına başlamağa çağırdı: «Hər şeydən göründüyü kimi, həm BMT Təhlükəsizlik Şurasında, həm də ATƏT-in Minsk qrupunda "söz sahibi olan" ermənipərəst xristian üçlüyü işğalçını dayandırmaq istəmir. Onlar hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa və sonda onu Azərbaycandan ayırmağa kökləniblər. Ancaq onlar unudurlar ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil! Xalqın və bütün əsas siyasi partiyaların tam dəstəyinə, şanlı ordumuzun yenilməz gücünə, əsgər və zabitlərimizin sarsılmaz iradəsinə əsaslananAzərbaycan prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiriBilal Hayeninetimadnaməsini qəbul edərkən inamla dedi ki: "Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək”. Qoy ermənilərə dəstək verənlər, üzdə sülhdən danışanlar, Azərbaycanın ərazi bütövlüyünü sözdə "tanıyanlar", xüsusilə Ermənistana hərtərəfli iqtisadi-hərbi yardım etdiyinə dair real faktları inkar edən"dost və qardaş (?)"İran, Azərbaycan Prezidentinin bu sözlərnə diqqət etsin və yaddan çıxarmasın, sonrasını düşünsünlər»

T. Qənioğlu əlavə edib ki, heç kəs Azərbaycan xalqının, qəhrəman əsgər və zabitlərinin torpaqlarımızı işğaldan azad etmək əzmini və iradəsini qıra bilməz:«Qarabağ Azərbaycandır! Qələbə bizimlədir, bizim olacaq!»

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ