SON DƏQİQƏ
» » Xarici dövlətlərin ixtisaslarının tanınması ilə bağlı - Dəyişiklik

Xarici dövlətlərin ixtisaslarının tanınması ilə bağlı - Dəyişiklik

Tarix:

21-09-2020, 21:11

/ 1 390 dəfə oxundu.
Xarici dövlətlərin ixtisaslarının tanınması ilə bağlı - Dəyişiklik

Nazirlər Kabineti "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edib.

GunAz.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.

Yeni qərarla ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə olunması ləğv edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ