SON DƏQİQƏ
» » Nazir müşaviri: Elektron sistemdə saxta diplomlara, demək olar ki, rast gəlinmir

Nazir müşaviri: Elektron sistemdə saxta diplomlara, demək olar ki, rast gəlinmir

Tarix:

19-12-2018, 18:19

/ 10 415 dəfə oxundu.
Nazir müşaviri: Elektron sistemdə saxta diplomlara, demək olar ki, rast gəlinmir

Gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma çatdırılması üçün işlər görülür.

GunAz.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və nazirin müşaviri Həsən Həsənli bildirib.

Onun sözlərinə görə, xaricdə təhsil alınan ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə (nostrifikasiyası) bağlı daxil müraciətlər arasında az sayda problemlər müşahidə olunur:

“Çalışırıq ki, bunu da vətəndaşın xeyrinə həll edib uyğun ixtisas tapaq. Təcrübə onu göstərir ki, bu kimi ixtisaslar, adətən, iqtisadi sahədə özünü göstərir. Nadir hallarda ixtisasın ekvivalentliyini tapmayanda diplom tanınmır. Diplomları tanınmaması halları daha çox humanitar sahə üzrə təhsil alanlarda olur. Saxta təhsil sənədi verənlər insanlar arasında “diplom fabriki” kimi tanınır.

Bu kimi yerlərin sayı ölkələr üzrə mövcuddur. Onları təkrarlamaq bizi əsas problemdən yayındırır. Çünki akkreditasiyası olmayan universitetlər imtinalar arasında olsa da, çoxluq təşkil etmir.

Böyük əksəriyyət akkreditasiyası olan rəsmi diplom verən universitetlərdir. Əgər kimsə ölkəni tərk etmədən xaricdən əyani təhsil üzrə diplom alıbsa, bu, problemdir. Elektron sistemdə sənəd qəbulu elə formalaşdırılıb ki, saxta diplomlara, demək olar ki, rast gəlinmir.

Aposteldə saxtalaşdırılmış diplomlar olması faktı nadir hallarda olur. Bu il üçün cəmi 10-a yaxın belə fakt qeydə alınıb”.

Həsən Həsənli qeyd edib ki, müraciətlər arasında bakalavr səviyyəsi üzrə təhsil sənədlərinin tanınması üstünlük təşkil edir:

“İdarəyə hər hansı qurum rəhbərliyi tərəfindən çox sayda müraciət də daxil olur ki, onlardan kimsə 10 ilə yaxındır işləyir və diplomu problemlidir. Bəli, biz rəy veririk ki, diplom tanınmamalıdır. Həmin şəxsin işində qalıb-qalmaması artıq rəhbərliyin qərarıdır. Amma təbii ki, dövlət qurumlarında bu, mümkün deyil, çünki onlar işə qəbul zamanı imtahan və ya hər hansı mərhələdən keçilər. Bu zaman mütləq şəkildə diplom tələb olunur.

Müraciət edənlərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyə Respublikasında təhsil alanlar, digər əhəmiyyətli hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ