SON DƏQİQƏ
» » Ölkədə həyata keçirilən uğurlu struktur və kadr islahatları- Təhlil

Ölkədə həyata keçirilən uğurlu struktur və kadr islahatları- Təhlil

Tarix:

5-12-2019, 14:42

/ 1 072 dəfə oxundu.
Ölkədə həyata keçirilən uğurlu struktur və kadr islahatları- Təhlil

Və  bu islahatlardan yaranan vətəndaş məmnunluğu.

Son illərə qədər uğurlu iqtisadi siyasəti və uzun müdətli qorunub saxlanılan ictimai-siyasi sabiitliyi ilə diqqət çəkən, dünyanın maraq dairəsinə çevrilən Azərbaycan indi də sosial və struktur sahədə həyata keçirdiyi islahatlarla region və dünyanın diqqətini özünə yönəldib. Bunun başlıca səbəbi isə qeyd edilən sahələrdə həyata keçirilən islahatların müübət nəticəsi və bu islahatlara olan yüksək etimad, dəstəkdir. Ümumiyyətlə, atılan hər bir addım, həyata keçirilən hər bir islahat xalqın, Azərbaycan vətəndaşının maraqlarına xidmət etdiyindən cəmiyyətdə ona dəstək verir və bu prosesin davamlı xarakter almasında maraqlı olduğunu nümayiş etdirir. Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin ölkə üzrə həyata keçirdiyi rəy soğrularının nəticələri də belə bir nəticəni ortaya qoydu ki, cəmiyyət dövlət başçısının həyata keçirdiyi və kifayət qədər uğurlu nəticələrə yol açdığı islahatları dəstəkləyir. Eyni zamanda Azərbaycan vətəndaşı bu islahatların davam etdirilməsini məqbul sayır. Bir növ dövlət başçısı Cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatları sosial sifariş də hesab etmək olar. Və Cənab Prezident də bu sosial sifarişi ciddi şəkildə nəzərə alaraq həyatımızın müxtəlif sahələrində islahatlar həyata keçirir. İndi müşahidə edilən mənzərə ondan ibarətdir ki, ölkədə social islahatlarla paralel olaraq  struktur və kadr islahatları da həyata keçirilir. Necə ki, əhalinin banklarda olan problemli kreditləri ilə bağlı narahatlığı, bu narahatlıqdan doğan təşəbbüs və təklifləri social sifariş olaraq öz məntiqi nəticəsini göstərdi və Cənab Prezident problemli kreditlərlə bağlı demək olar ki, inqilabi addım atdı, yaxud bəzi məkirli qüvvələrin şəhid ailələrinin üzləşdikləri bəzi social problemlərdən dolayı şəhid ailələri və onlara bərabər tutulan şəxslərə birdəfəlik yardımın ödənilməsi ilə bağlı tarixi sənəd imzaladı,  eyni ilə də struktur və kadr islahatları sahəsində də dövlət başçısı demək olar ki, inqilabi addımlar atır. Elə struktur və kadr islahatları da bir növ cəmiyyətin, xalqın social sifarişidir desək yanılmarıq. Çünki bir sıra hallarda dövlət başçısı tərəfindən istər mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanlarına təyin edilən məmurlar Cənab Prezidentin tapşırıq və tövsiyələrinə əməl etməyib, xalqla işləməkdən, xalqın, övlət başçısının etimadını doğrultmaqdan yayındıqları üçün cəmiyyətdə müəyyən mənada narazılıq yaranır, yerlərdə həll edilməli olan ən xırda problem belə mərkəzə sirayət edir, onun həlli üçün Cənab Prezidentdən kömək istənilirdi. Baxmayaraq ki, Cənab Prezident dəfələrlə istər Nazirlər Kabinetinin iclasları, istərsə də ölkə həyatı üçün vacib olan bir sıra toplatı və konfranslarda çıxışları zamanı bu cür əməllərlə məşğul olan, vəzifəsindən sui-istifadə edən məmurlara ciddi şəkildə xəbərdarlıq etmiş, onlara yol verdikləri nöqsanları aradan qaldırmağı tövsiyə etmişdi. Ancaq görünən o idi ki, dövlət başçısının təbirincə desək bəzi qudurğan məmurlar Cənab Prezidentin tapşırıq və tövsiyələrinə əməl etmir, öz işlərində dönüş yaratmırdılar. Nəticədə sosial narazılıqlar, yerlərdən paytaxta ünvanıanan şikayətlərin sayı artırdı.  Vətəndaş yerli məmurun məsuliyyətsilziyi, vəzifəsindən sui-istifadə etməsindən dolayı çəkdiyi əziyyəti, zülmü ölkənin bir nömrəli şəxsinə çatdırmaq üçün dövlət başçısının əyalətə, rayona səfər etməsini səbirsizliklə gözləyirdi.

Artıq demək olar ki, bu kimi problemlər aradan qalxır. Dövlət başçısının hər bir sahədə olduğu kimi struktur və kadr sahəsində həyata keçirdiyi islahatlar da öz müsbət nəticələrini göstərir. Dövlət başçısı atdığı hər bir addım, həyata keçirdiyi hər bir tədbir, islahatda ilk növbədə xalqın, vətəndaşın maraqlarının qorunmasını prioritet hesab etdiyindən struktur və kadr islahatlarında da bu prinsip nəzərə alınır, yeni təyin etdiyi məmurlara ilk növbədə xalqla işləməyi tövsiyə edir. Artıq qeyd etdiyimiz kimi bir xeyli müddədir ki, dövlət başçısı tərəfindən ölkədə uğurlu struktur və kadr islahatları həyata keçirilir. Xüsusilə kadr islahatları ciddi diqqət çəkməkdədir. Müşahidə edilən mənzərə ondan ibarətdir ki, dövlət başçısı daha perskpektivli, daha bacarıqlı və novator olan kadrlarla işləməyə üstünlük verir. Dövlət başçısı bu seçimində kifayət qədər haqlıdır. Çünki nisbətən yaşlı, qocaman kadrlar müasir çağırışlarla ayaqlaşa bilmir, idarəetməyə yenilik gətirə bilmirlər. Ona görə də daha gənc kadrların mərkəzi və yerli icra hakimiyyətlərində yüksək postlara təyin edilməsi zərurəti yaranır. Burada bir məqama da diqqət çəkmək lazımdır ki, gənc kadrların irəli çəkilməsi, onlara etimad göstərilıməsi də kampaniya xarakteri daşımır və proses kor-koranə şəkildə icra olunmur. Hər bir işi zərgər dəqiqliyi ilə bilən Cənab Prezident yeni kadrların təyin edilməsi prosesində onların yüksək bilik və bacarıqlara malik olub-olmaması, idarəetmədə özlərini doğruldub-doğrultmayacaqlarını müəyyənləşdirir. Son vaxtlar dövlət başçısının Yevlax, Xaçmaz, Yasamal rayonlarına təyin etdiyi gənc kadrların qısa müddətdə gördükləri işlər, adı çəkilən rayonların ictimai-siyasi, iqtisadi və sosial həyatlarında müşahidə edilən canlanma onu deməyə əsas verir ki, dövlət başçısı kifauət qədər uğurlu islahatlar həyata keçirir və təyinatlar edir. 

Ancaq bununla belə Cənab Prezident  təyin etdikləri yeni məmurlara bird aha xalqla, vətəndaşla yaxından işləməyi, onlara göstərilən etimadı doğrultmağı tövsiyə edir. Elə ötən gün dövlət başçısı tərəfindən Hacıqabul və Naftalan rayonlarına yeni icra hakimiyyəti başçılarının təyin edilməsi zamanı da dövlət başçısı bir daha onlara eyni tapşırıq və töviyələrini Verdi. Eyni zamanda Cənab Prezident bildirdi ki,   kadr islahatları davam etdiriləcək: "Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz. Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın".

İndiyə qədər həyata keçirilən təyinatlar və həmin təyinatlardan sonra müşahidə edilən müsbət tendensiya onu deməıyə əsas verir ki,  bundan sonra təyin edilən hər bir kadr dövlət başçısının onlara verdiyi tapşırıq və tövsiyələrə ən yüksək səviyyədə əməl edəcəklər. Əks təqdirdə dövlət başçısının dediyi kimi onları cəza gözləyir: "Əgər mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhərinin, Hacıqabul rayonunun inkişafına öz töhfənizi verəcəksiniz".

GunAz.az

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ