SON DƏQİQƏ
» » "İslahat dalğası öz hədəfinə çatana qədər bütün sektorları əhətə edəcək"

"İslahat dalğası öz hədəfinə çatana qədər bütün sektorları əhətə edəcək"

Tarix:

4-12-2019, 19:30

/ 466 dəfə oxundu.
"İslahat dalğası öz hədəfinə çatana qədər bütün sektorları əhətə edəcək"

"2018-ci ildən Azərbaycanda genişlənən islahatlar idarəetmə strukturlarını da əhatə etməkdədir. İcraedici hakimiyyətdən başlanan struktur islahatları, məhkəmə-hüquq sistemində və qanunverici orqanlarda da davam edir". Bu fikirləri GunAz.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, bu islahatların bütün sahələrdə olduğu kimi iqtisadiyyat sahəsində də böyük dəyişikliklərə gətirib çıxaracağı, iqtisadi aktivliyi yüksələcəyi, rəqabət qabiliyyətinin daha da artacağı gözlənilir: "Mövcud islahatlar sistem xarakterlidir və onun yaxşı nəticə verməsi üçün hökmən kompleks tədiblər görüləcək".

Ekspert qeyd edib ki, ölkədə aparılan islahatlarda əsas məqsədlərdən biri əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və iqtisadi müstəvidə nailiyyətlərin artırılmasıdır: "Əhalinin sosial və iqtisadi müdafiəsi ilə bağlı atılan addımların səmərəliliyini və davamlılığını təmin etmək məqsədilə hökmən struktur islahatları, qanunvericilik və digər islahatlar həyata keçirilməlidir".

P.Heydərovun sözlərinə görə, başlanan islahat dalğası öz hədəfinə çatana qədər bütün sektorları əhətə edəcək: "2018-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində İlham Əliyevin proqram xarakterli çıxışı oldu. Həmin çıxışında İlham Əliyev qeyd etdi ki, növbəti dəfə prezident seçiləcəyi təqdirdə çox böyük islahatlara start veriləcək. Həqiqətən də Prezident İlham Əliyev yeni dövr üçün öz vəzifəsinin icrasına başlayan kimi islahatların ilkin əlamətlərini görməyə başladıq. 2018-ci ilin ikinci yarısında dövlət büdcəsinin hazırlanma qaydasında yeniliklər tətbiq edilməyə başlanıldı. Cari ilin əvvəlindən sosial istiqamətdə böyük addımların atılmasının şahidi olduq. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı və minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinətlərin tətbiqinə başlanıldı, dövlət büdcəsində maliyyələşən təşkilatlarda çalışan işçilərin maaşı artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında sərəncam verildi. Sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən pensiya və maaşlar yenidən artırıldı. Nəticədə də minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatdırıldı. Bundan başqa ayrı-ayrı sahələrdə əməkhaqqlarında növbəti addımlar həyata keçirildi".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ