SON DƏQİQƏ
» » Trampın Əfqanıstan üzrə nümayəndəsi Konqresdə sorğulanacaq

Trampın Əfqanıstan üzrə nümayəndəsi Konqresdə sorğulanacaq

Tarix:

13-09-2019, 19:10

/ 1 950 dəfə oxundu.
Trampın Əfqanıstan üzrə nümayəndəsi Konqresdə sorğulanacaq

ABŞ Konqresi Zalmay Xəlilzaddan açıqlama tələb edib.

GunAz.az  BBC-ə istinadla xəbər verir ki, Konqres Talibanla aparılan danışıqların uğursuz alındığına görə bu müzakirələrdə ABŞ-ı təmsil edən rəsmi nümayəndə Zalmay Xəlilzadı açıqlama vermək üçün Xarici Əlaqələr Komitəsinə çağırıb.

Z. Xəlilzad bu komitədə Talibanla aparılan danışıqların uğursuzluğunun səbəbləri barədə sorğulanacaq.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bəyanatınad bildirilib ki, Əfqanıstanda 2 mindən artıq ABŞ əsgərinin ölməsi, eyni zamanda Talibanla aparılan danışıqların səmərəsiz qalması və ABŞ Hökuməti Administrasiyasının məsələ ilə bağlı həqiqətləri gizlətməsi artıq onları təngə gətirib.

Bildirilib ki, Zalmay Xəlilzad açıqlama vermək üçün gələn həftə Konqresdə olmalıdır.

Qeyd edək ki, Talibanın intensiv hücumlarından sonra ABŞ-ın hərəkatla apardığı danışıqları 9 turdan sonra dayandırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ