SON DƏQİQƏ

Emin Milli kimi satıb axı?! - Natiq Cəfərli

Tarix:

16-05-2019, 14:37

/ 331 dəfə oxundu.
Emin Milli kimi satıb axı?! - Natiq Cəfərli

Emin Millinin son sözlərində təzadlar, boşluqlar, hətta absurd məqamlar var, amma adam fikir bildirib, müzakirə açıb, diskussiyaya dəvət edib, arqumentli müzakirələr əvəzinə, bağlı qapılar arxasında anlaşmış adamlar onu topa tutmaqla məşğuldurlar.

GunAz.az xəbər verir ki, bunu Emin Millinin son vaxtlar verdiyi açıqlamalara münasibət bildirən politoloq Natiq Cəfərli qeyd edib.

O, Emin Millinin siyasətçi olmadığını bildirib:

“Emin Millinin siyasi ambisiyası yoxdur, seçkilərə qatılmaq istəmir, vəzifə tutmaqda marağı yoxdur, çox bacarıqlı menecerdir, son illərin ən uğurlu media layihəsinin təməlini qoydu və inkişaf etdirdi. Onun fikirlərini “satqınlıq” kimi dəyərləndirən dar düşünən kütlə var, amma izah edə bilmirlər ki, Emin kimi satıb? Ümumiyyətlə, “satqınlıq” mövzusundan çox danışanların böyük əksəriyyəti dəfələrlə alverə, anlaşmaya gedən insanlardır, özləri elədirlər deyə, başqalarına da o gözlə baxırlar.

Jurnalistika tərəfsiz olmalıdır, hökumətdə də, müxalifətdə də öz mənbələri, xəbər ala biləcək adamları olmalıdır. Hüquq müdafiəçiləri də tərəfsiz olmalı, hökumətin müxtəlif qurumları ilə işləməli, vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə bağlı real nəticələr əldə etməlidirlər. Biz siyasətçi olaraq, müxtəlif beynəlxalq tədbirlərdə torpaqlarımızı işğal edən ölkənin – Ermənistanın siyasətçiləri ilə görüşüb müzakirələr aparırıq, bu, normal təcrübədir, amma kimsə Azərbaycan hökumətinin nümayəndəsi ilə açıq şəkildə (Bir daha: Açıq şəkildə, bu günə qədər başqalarının gizli sövdələşmələrini nəzərdə tutmuram) görüşüb-danışsa, ona vedrə bağlamağa hazırıq. Bu, absurddur, nonsensdir, belə siyasət olmaz”.

Qeyd edək ki, Meydan TV-nin keçmiş rəhbəri Emin Milli müsahibəsində Azərbaycan xalqının sevgiyə ehtiyacı olduğunu, müxalifətin nifrətlə heç nəyə nail ola bilməyəcəyini söyləyib və islahatların davam edəcəyi halda hakimiyyətlə işləməyə hazır olduğunu deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ