SON DƏQİQƏ
» » İlham Əliyev: Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim

İlham Əliyev: Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim

Tarix:

16-04-2019, 14:53

/ 10 261 dəfə oxundu.
İlham Əliyev: Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim

Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim. 

GunAz.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazıb. 

“Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, - dövlət başçısı bildirib. 

Qeyd edək ki, Paris Notr-Dam kiləsində yanğın ötən gün yerli vaxtla 18:50 radələrində başlayıb. Yanğın kilsənin üçdə iki hissəsini külə döndərib, binanın qədimi saatları belə məhv olub. Yanğının binada aparılan restavrasiya işləri zamanı meydana gəldiyi güman edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ